Mobil telefonlar görün nə ilə əvəzlənəcək

14:25 14-03-2022 | icon 550 | Maraqlı
Mobil telefonlar görün nə ilə əvəzlənəcək

 Bill Geytsdən İNQİLABİ PROQNOZ

 

Mobil telefonlar elektron döymələrlə əvəz oluna bilər.

 

Bu proqnozu "Microsoft" şirkətinin qurucusu Bill Geyts edib.

 

Yeni inqilabi ixtira haqqında ətraflı danışan milyarder qeyd edib ki, dəridə edilən elektron tatular tibbi məlumatları toplayıb idarə edə biləcək.

 

Hazırda hazırlanmaqda olan bu cihaz yeni texnoloji fenomen olacaq və əlavə heç bir vasitədən istifadə etmədən qan təzyiqini, ürək döyüntüsünü, qanda oksigen dərəcəsini ölçəcək, həmçinin mobil telefonların funksiyalarına malik olacaq.

 

Geytsin sözlərinə görə, adi tatudan fərqli olaraq, burada çernildən əlavə, çiplərdən və elektrik istehsal edən nanotexnologiyalardan istifadə olunacaq.

 

"Chaotic Moon Studios" tərəfindən yaradılan bu döymələr insan təhlükədə olduğu zaman həkimə yardım siqnalları göndərə biləcək.

 

"İldə bir dəfə həkimin konsultasiyasına yazılmaq əvəzinə, bədənə ildə bir dəfə vurulan bu tatu orqanizmin vəziyyətini nəzarətdə saxlayacaq və məlumatları həkimə göndərəcək. Narahatlığa səbəb olduqda, ekspertlər sizinlə əlaqə saxlayacaqlar", - deyə Geyts açıqlayıb.

 

Mobil telefonlar istehsal edən şirkətdən bildirilir ki, gələcəkdə istifadəçilər özləri də xüsusi aparat vasitəsilə, ağrısız və allergiya riski olmadan tatunu dərilərinə vura biləcəklər.

 

Burada əsas məqsəd sözgedən cihazı smartfon kimi istifadə etməkdir. /Gundem.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq