317 kiloluq kişi etiraf etdi

13:01 05-01-2019 | icon 360 | Maraqlı
317 kiloluq kişi etiraf etdi

ABŞ-ın Corciya ştatındakı Atlanta şəhərində yaşayan 34 yaşlı Keysi Kinq TLC telekanalındakı "Family by the Ton" realiti-serialın yeni qəhrəmanıdır.

Versus.Az Milli.Az -a istinadən bildirir ki, çəkisi 317,5 kq olan Keysi işsizdir. O, həyətdə qoyulmuş çox böyük vannada çimir. Daha doğrusu, tərpənməyə çətinlik çəkən, sanki ləngər vuran piylərdən ibarət Keysini atası Denni çimizdirir.

"Atam belimi, kürəyimi yuyur, sonra məni qurulayır. Otağımda çılpaq otururam, çünki paltar məni sıxır. Səhər tezdən durmuram. Təxminən saat 12-də ayılıram, yemək yeyirəm, sonra televizora baxıram, ya da oyun oynayıram", - K.Kinq deyib.

Kinqin dediyinə görə, havalar isti olduğundan çarpayıda daim lüt oturur. Evdən eşiyə çıxmadığından ətraf aləmlə əlaqəsi yalnız televizor və telefon vasitəsilə olan Keysi həyatından narazıdır.

 

"Arıqlamasam, öləcəyəm. Bunu bilirəm. Mütləq arıqlamalıyam. Heç düşünməzdim ki, 34 yaşımda atamla yaşayacağam. İşim, pulum olmayacaq, bütün günü video oyun oynayıb yeyəcəyəm. Uşaq olanda da kök idim. Amma sonra çox kökəldim. Atamla anam boşanıblar. Anam məni evdən qovdu, atamın yanına gəldim", - Kinq söyləyib.

Onun sözlərinə görə, bir dəfə çiməndə duş kabinəsində ilişib qalıb, çıxa bilməyib. Atası işdən gələnədək orada qalan Keysi həmin gündən etibarən vanna otağına girmir. Atası onu həyətdə çimizdirir.

Proqramın digər qəhrəmanı Keysinin dayısı qızı Amanda Consondur. 37 yaşlı Amandanın çəkisi 312 kiloqramdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı