Güclü Ordu, qüdrətli Azərbaycan yaradan Prezident və DƏMİR YUMRUQ

13:00 25-06-2023 | icon 706 | Siyasət
Güclü Ordu, qüdrətli Azərbaycan yaradan Prezident və DƏMİR YUMRUQ

Könül İsmayılova: “Dövlət olaraq, xalq olaraq qazandığımız uğurlar artmaqdadır

 

Azərbaycan Prezident İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində iştirak edib. Çıxışında Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmasından və komandoların sayının gündən-günə artdığından danışan ölkə rəhbəri yeni hərbi hissələrin açılışının nəzərdə tutulduğunu vurğulayıb.

 

Prezidentin sözügedən tədbirdəki çıxışını şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirdi ki, 44 günlük müharibədən sonra gənclərimizin hərbə meyilliyinin artması müşahidə olunur ki, bu da dövlət olaraq, xalq olaraq uğurumuz, fəxrimizdir:

 

 

“Sevindirici haldır ki, nəinki hazırda Azərbaycanda olan, hətta xaricdə yaşayan gənclərimiz də bu gün geri dönərək ordumuzun sıralarına daxil olur, Komando Qüvvələrinə üzv olurlar. Vaxtilə rusların, ermənilərin “azərbaycanlılar bazar, alver üçün yaxşıdır” kimi fikirlərini alt-üst edən 44 günlük müharibədən sonra indi bütün dünya ordumuzun gücündən danışır. Xüsusi Təyinatlı Qüvvələrimizin xüsusi peşəkarlıq və qəhrəmanlıqları erməni və rus döyüşənləri üçün mifə çevrilib”.

 

K.İsmayılova qeyd etdi ki, bu gün Prezident İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət ayırması ən önəmli məsələdir. Onun sözlərinə görə, dünyada müşahidə olunan müharibələr də diqtə edir ki, hər bir dövlətin qalib olması üçün güclü ordu vacib amildir:

 

“Cənab presidentin ordu quruculuğu ilə bağlı siyasəti də məhz buna hesablanıb. Göründüyü kimi, düşmən öz çirkin niyyətlərindən, təhdidlərindən əl çəkmir. Elə bir geosiyasi dövrdəyik ki, hər an düşmən həmləsinə, müharibəyə hazır olmalıyıq. Və dövlət başçısı da Azərbaycana dost ölkələrlə yeni əməkdaşlıq müqavilələrində hərbi, müdafiə məsələlərində daha maraqlıdır. Biz müharibə bitdi, zəfər çaldıq deyə arxayın olmamalıyıq, hər an hücum edə biləcək düşmənlərə qarşı hər zaman ayıq olmalıyıq. Bu baxımdan cənab prezidentin dediyi ki, yeni silahların alınması üçün kontraktlar bağlanır, Müdafiə Nazirliyinin strukturu təkmilləşdirilir. İstər Rusiya, Ermənistan, yaxud Qərb artıq qarşılarında 90-cı və ondan əvvəlki Azərbaycanı deyil, öz sözünü deyə bilmək qüdrətində olan Azərbaycanı və onun ordusunu görür. Dövlət olaraq, xalq olaraq qazandığımız uğurlar artmaqdadır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”