Bu şəxslər avtomobil idarə edə bilməyəcək - YENİLİK

13:30 05-01-2019 | icon 422 | Maraqlı
Bu şəxslər avtomobil idarə edə bilməyəcək - YENİLİK

 

Bu barədə məlumat "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında yer alıb.

Sənədə əsasən, nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısının təsdiq ediləcək.

Məsələnin həlli istiqaməti aidiyyəti qurumlarına tapşırılıb.

Versus.Az xəbər verir ki, professor Adil Qeybulla oxu.az-a açıqlamasında bildirib ki, avtomobil idarəçiliyi çox ciddi məsələdir:

"Psixi, nevroloji xəstəliyi olan şəxslər avtomobil idarə etmədən azad olunmalıdırlar. Bir insan şizofreniya xəstəliyindən əziyyət çəkirsə, niyə maşın sürsün? Görmə problemi olan insanlar da hazırlanacaq yeni siyahıya daxil edilməlidir. Bu cür qayda Avropa ölkələrində var".

 

Adil Qeybulla qeyd edib ki, baş verən yol-nəqliyyat hadisələrinin çoxu yüksək sürətə görə olur:

"Bunun səbəbinin çoxu sükan arxasında olan şəxsin aqressiv olmasına görə olur. Bu cür insanlar sürücülük vəsiqəsindən məhrum edilməlidirlər".

Qeyd edək ki, dövlət proqramında avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılması da yer alıb.

Belə ki, yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması nəzərdə tutulur.

Proqrama əsasən, təhlükə doğurmayan bəzi yollarda sürət həddi artırılacaq, qəzaların tez-tez baş verdiyi, təhlükəli hesab olunan bəzi yollarda isə araşdırmalardan sonra sürət həddi aşağı salınacaq.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı