Polisi bıçaqlayan şəxsə AĞIR CƏZA

11:40 21-03-2022 | icon 504 | Hadisə
Polisi bıçaqlayan şəxsə AĞIR CƏZA

Biləsuvar rayonunda polisi öldürməyə cəhddə təqsirləndirilən Sərvan Yaqubova hökm oxunub və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

 

Qeyd edək ki, hadisə 2021-ci il iyulun 30-da Biləsuvar rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, S.Yaqubov Cəbrayıl rayon sakini olan tanışı, polis serjantı Qurban Qurbanovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirib.

 

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

S.Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq