Rusiyaya Qərbdən lift təhcizatı DAYANDIRILDI

11:45 21-03-2022 | icon 466 | İqtisadiyyat
Rusiyaya Qərbdən lift təhcizatı DAYANDIRILDI

Qərbin ən böyük lift istehsalçıları Rusiyaya çatdırılmaları dayandırıblar.

 

Tərtibatçılar daxili bazarda və Asiyada əvəzedici axtarırlar. Lokalizasiyanın yüksək səviyyəsinə baxmayaraq, rusiyalı istehsalçılar hissələrin çatışmazlığı riskindən danışırlar.

 

Keçən il Rusiyada quraşdırılan liftlərin demək olar ki, 30 %-i xaricdən gətirilib. Xaricdən gətirilən liftlərin 13 %-i Avropa, ABŞ və digər Qərb ölkələrinin, 15 %-i isə Belarusun payına düşüb.

 

Qərb istehsalçılarının liftlərindən ən mürəkkəb obyektlər göydələnlərdə, eləcə də biznes mərkəzlərində, ticarət mərkəzlərində və bahalı yaşayış evlərində istifadə olunur.

 

Rusiya hələ 110 metrdən hündür binada quraşdırıla bilən yüksək sürətli liftlər istehsal etmir.

 

Təchizat dayandırıldıqdan sonra tərtibatçılar Çin, Koreya və Türkiyə istehsalçıları arasından əvəzedici axtarmağa başlayıblar.

 

“Fortune”nin hesablamalarına görə, xüsusi əməliyyatın başladığı 24 fevraldan bəri 165 xarici şirkət Rusiyada fəaliyyətini tamamilə ləğv edib, 186 şirkət fəaliyyətini dayandırıb, daha 26 şirkət bəzi əməliyyatlarını azaldıb və investisiyaların dayandırıldığını elan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB