Ukraynada seçki həyəcanı

14:29 05-01-2019 | icon 532 | Geopolitika
Ukraynada seçki həyəcanı

Ukrayna prezidentliyinə iddialılar içərisində əsas mübarizə sabiq baş nazir Yuliya Timaşenko, keçmiş müdafiə naziri Anatoli Qritsenko, şoumen Vladimir Zelenski və indiki prezident Pyotr Poroşenko arasında gedəcək.

Versus.Az xəbər verir ki, Bu sözləri  Axar.Az-a Ukraynada 31 mart prezident seçkiləri uğrunda kampaniyanı dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi hesab edir ki, Ukrayna prezidenti ilk turda deyil, məhz ikinci turda müəyyənləşəcək:

“Böyük ehtimalla, ikinci turda əsas namizədlərdən biri Yuliya Timaşenko olacaq. Timaşenkonun reytinqi rəqiblərindən iki dəfə çoxdur. Bu turda mübarizə aparacaq ikinci namizəd barədə proqnoz vermək olduqca çətindir. İkinci yer uğrunda Poroşenko, Qritsenko və Zelenski rəqabət aparacaqlar. Digər namizədlərin şansı isə çox aşağıdır. Poroşenko administrativ resurslarını işə salarsa, ikinci tura keçə biləcək. Onun reytinqi bundan öncə çox aşağı idi. Ancaq son aylar atdığı bəzi addımlar və kilsəni ayırması hesabına Poroşenko reytinqini qaldırıb. O, ikinci tura keçməklə digər namizədlərin dəstəyini alacağını və bununla da Timoşenko üzərində qələbə çalacağını düşünür”.

Politoloq faktiki olaraq namizədliyini yeni açıqlayan Zelenskinin də reytinqinin çox yüksək olduğunu deyib:

“Poroşenko ikinci tura keçə bilsə, Zelenski öz tərəfdarlarını ona səs verməyə çağıracaq. Bu isə Poroşenkonun imkanlarını daha da artıracaq. Ancaq Qritsenko da çox güclü namizədlərdən biridir və asanlıqla təslim olmayacaq”.

Qeyd edək ki, Ukraynada 31 mart prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol