Sərxoş qadın sevgilisinə çəngəllə xəsarət yetirdi

10:54 23-03-2022 | icon 465 | Hadisə
Sərxoş qadın sevgilisinə çəngəllə xəsarət yetirdi

Bakıda evə sərxoş gələn qadın ona etiraz edən sevgilisini çəngəl ilə vuraraq xəsarət yetirib.

 

“Kriminalqafqaz” xəbər verir ki, hadisə fevralın 7-dən 8-nə keçən gecə Nizami rayonunda baş verib.

 

Sabirabad sakini olan 38 yaşlı Aynur Kərimova (şərti) fevralın 7-də iş yoldaşının doğum günü məclisində iştirak edib və orada spirtli içki qəbul edib.

 

O, ifadəsində özünü təqsirli bilərək qeyd edib ki, gecə saat 1-ə işləmiş evə gələndə qeyri-rəsmi nikah münasibətində olduğu Qalibin yatdığını görüb:

 

“Mobil telefonumda yüksək səslə musiqiyə qulaq asırdım. Bu vaxt Qalib oyandı və məndən musiqinin səsini kəsməyimi tələb etdi. Buna görə mübahisə etdik, stolun üstündəki çəngəli götürüb onu qorxutmaq üçün fırladanda sifətinə və boynuna xəsarət yetirdim. Peşmanam, Qaliblə barışmışıq, ona dəyən zərəri ödəmişəm”.

 

A.Kərimovanın sevgilisi Qalib də artıq onunla barışdığını və şikayətinin olmadığını bildirib.

 

Ekspertin rəyinə görə, A.Kərimova çəngəllə Qalibin üst dodağından, sol yanağından, qulağından və boynundan xəsarətlər yetirib. O, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib.

 

Məhkəmə tərəflərin barışdığını və şikayətin olmadığını nəzərə alaraq, sadələşdirilmiş icraat qaydasında işə xitam verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq