Binada YANĞIN

09:36 24-03-2022 | icon 586 | Hadisə
Binada YANĞIN

Göyçay rayonunda çoxmənzilli yaşayış binasında yanğın hadisəsi baş verib, xəsarət alanlar var.

 

Versus.Az xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Göyçay şəhərinin Nizami küçəsindəki 29 saylı ünvanda yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasında baş verib.

 

Binanın 2-ci mərtəbəsində yaşayan rayon sakini 1955-ci il təvəllüdlü Musayeva Fəridə Əsgər qızına məxsus ümumi sahəsi 70 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Hadisə zamanı evin iki otağı və içəridəki əşyalar yanıb, qalan hissə yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub. Yanğın zamanı təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub.

 

Yanğın qısa vaxtda söndürülüb, alovun bütün binanı əhatə etməsinin qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olub, ev sahibi, 1955-ci il təvəllüdlü Məcidov Fikrət Tərlan oğlu və onun oğlu, 1978-ci il təvəllüdlü Məcidov Pərviz Fikrət oğlu bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb.

 

Hadisənin elektrik naqilində baş verən qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”