“Dünya şöhrətli”lərimiz

22:34 05-01-2019 | icon 702 | Köşə
“Dünya şöhrətli”lərimiz

 

Və feyzi saqqalda axtaranlarımız

 

 

 

İGİD TEYMURLU

 

 

"Dünya şöhrətli" adamlarımız və "dünya şöhrətli" yeməyimiz, içməyimiz, çayımız, gölümüz, kəndimiz, “karoçi”, hər şeyimiz var. Amma ortalıqda heç nəyimiz yoxdur. Dünya bizi heçnə sayır və bizi elə hey bizləməkdədir. Ə, bə hanı bizim "dünya şöhrətli"lərimizin kəraməti?

 

Dünyanın bizi heçə saymasının səbəblərindən biri millət olaraq feyzi saqqalda axtarmağımızdadır. Biz həm də saqqalı olana salam veririk, saqqalı olmayandan yan keçirik.

FB dostlarımdan olan Elman Eldaroğlu "dünya şöhrətli" müğənni Zeynəb Xanlarova haqqında gözəl bir yazı yazmış, mən də ona öz rəyimi bildirmişdim. Elman bəy rəyə hörmətlə yanaşsa da, musiqişünas “professor” (bunlar harada və hansı araşdırmaları hansı ixtiralar, hansı yeniliklərə imza ataraq professor olurlar, bax bunu bilmirəm. Təsəvvür edin, Arif Babayev də “professor”dur, ömrü-günü dünya kitabxanalarında çürüyən, arxiv materialların tozunu udmaqdan astma olan hansısa elm adamı da!!!) Nəcəfqulu əfəndi öz münasibətini “dolan gəl” havası altında kökləmiş, Firudin Cəlilov da eyni boğazları etməklə Elman Eldaroğlunun təbirincə desək, öz “piyada yolları”yla getmiş, siqnal səsi onlara vız gəlirmiş kimi davranıblar.

 

Nəcəfqulu professor mənim imzamı tanımadığını dilə gətirsə də, amma çilingağacını da yerə qoymayıb. Xub, bundan mənə nə! Guya Nəcəfqulu əfəndi mənim imzamı tanısaydı problemli kreditlərim bağlanacaqdı. Ya da, qoyunumuz oğlan doğacaqdı. Ki, onu da Firudin Cəlilovun ayaqları altında qurban kəsəcəkdim. Məni yandıran Abasqulu əfəndi yox e, bax bu Firudin Ağasıoğludur. Görən bir alim olaraq Firudin bəyin Azərbaycana verdikləri çoxdur, yoxsa müğənni kimi Zeynəb xanımın? Firudin Ağasıoğlu Kirlə Krezin söhbətini yadına salıb daldalıqda Özüylə söhbət etsə yaxşı olar...

 

Alimi müğənnidən ucuz tutulan bu məmləkətdə eybəcər cəmiyyət kodeksi bax beləcə və bax belələri vasitəsilə sırınmaqdadır. Guya Firudin Ağasıoğlu İgid Teymurludan az bilir də bunları, həəə!? Ay tövbə, inanan daşa dönsün. Sadəcə olaraq, əsil cavab Üzeyir bəyin “nəyinə və harasına” sualındadır, vəssalam...

 

Sanki 4 aktava səsi olan Zeynəb Xanlarova imiş, Flora xanım deyilmiş. Professor Abasqulu bəylə Firudin Cəlilov guya bunu bilmirlər. Bilirlər, məndən də, səndən də yaxşı bilirlər. Amma bunu dilə gətirməkdə deyəsən bir divident yoxdur...

 

Ümumiyyətlə bu "Azərbaycanı tanıdıb" ifadəsində bir şablonçuluq var. Bu adamlar "Azərbaycanı tanıdıb" ölkəyə nəyi qazandırıblar e? Tarixi ərazilərim 6 dövlətin tapdağında yadlaşmaqda, 25 faiz torpağım da işğal altında inləməkdə, ətraf da yalxı su qaynadanlarla dolu....

 

"Azərbaycanı tanıdan"larımız nə çox, ancaq haqqımızı sovunan yox.. Azərbaycanın ən bərkgedən adamları Amerikadadır, Azərbaycan dövləti olmadan hansı uğuru əldə ediblər Azərbaycan naminə? Bu tapdalanan haqlar Azərbaycanın deyilmi? Amma bir ovuc erməni Ermənistanın rolu olmadan Ermənistan üçün nələr etməyib?!.

 

"Dünyanın tanıdığı" bu adamlar nə əcəb indiyə kimi bu əclaf dünyaya BÖLÜNMÜŞ Azərbaycan, işğal olunmuş Azərbaycan həqiqətlərini çatdıra bilməyiblər!? Yoxsa bunu istəməyiblər!?..

 

Sizi Allaha and verirəm, narsistlər kimi özünəvurğunluqdan əl çəkin! Bilmirəm, hansı telekanalda idi: heç uzaq Amerikanı demirəm, buradan-bura Avropanın göbəyində aparılan sorğularda respondentlərin düz 96 faizi Azərbaycanın harada yerləşməsindən, burada hansı xalqın yaşamasından xəbərsiz idi. Bircə neftə görə tanıdılar Azərbaycanı. Zeynəb xanım da həmin Zeynəb xanımdır ki, ürəkləri də əllərinin içi kimi qabar-qabar olan neftçilərin əmək haqlarının çoxluğundan (!!!!!????) vəcdə gələrək üsyan edirdi ki, onların maaşı çoxdur. Amma dünya Azərbaycanı Zeynəb xanıma görə deyil, həmin neftçinin əməyinə görə tanıyıb. Allahınız olsun, gedin baxın neftçinin də yaşayışına, Zeynəb xanımın da yaşayışına.... Burada sadəcə olaraq, day heç zad....

 

Və bu, həmin ölkələr idi ki, Zeynəb Xanlarova da o ölkələrdə dəfələrlə konsert verib. Bə nə oldu Azərbaycanı tanıtmaq?

 

Yaxşı sənətkar olmaq yaxşı ziyalı olmaq deyil. Bu necə ziyalı "KÜBAR"lığıdır ki, neçə dəfədir hansısa yüksək siyasi potensiala malik insanlar kənarda qalır, amma Zeynəb Xanlarova kateqoriyasında olan xanım "siyasətçilər" yer zanit edirlər. Sonucda da qanunvericiliyimizdə yaranan, yol verilən boşluqlar ucbatından millət zillətə düçar olur. "İstiqlalımıza səs verən" İnsanın xalqla görüşünə icra strukturları qadağa qoyur, özləri gözümçıxdıya salınır, bu gün borcun xərcin içində can çürüdürlər. Amma “istiqlalımıza səs verməyən”lər bu gün söz sahibinə, hörmət, izzət obyektinə çevriliblər! Dediyim kimi "istiqlalçı deputatlarımız"dan olan Məryəm xaladan heç birinizin xəbəri belə olmadı, necə yaşadı, necə öldü, necə dəfn olundu. Nə əcəb "səxavətli müğənni", professorlar və dəyərli Elman bəy bundan xəbər tutmamışdı!?

Qanunverici orqanın fəaliyyətində 25 illik stajı olan xalq şairi hədəf götürüləndə nə əcəb bu zaman çərçivəsində daim onunla yan-yana oturmuş məslək, əqidə yoldaşını müdafiə etməklə bağlı Zeynəb Xanlarovanın, bu professorların səsləri belə çıxmadı!? Budurmu “sədaqətli müğənni”, cənab maşının sıqnal səsinə fikir vermək istəməyən Elman Eldaroğlu!?

 

Amma indi siyasi, ədəbi, publisistik və mistik serenada oxuyursunuz, cənab FİRUDİN CƏLİLOV, cənab ABASQULU NƏCƏFZADƏ!!! Budurmu millətini sevmək!? Lütfən, hər şeyi və hər kəsi qədərində qiymətləndirin, istiotunu, duzunu nə çox, nə də az etməyin. Özünüzlə baş-başa qalıb özünüzlə söhbət edin bu konuda cənablar. Mənim münasibətimi boş verin, "siqnal səsi"dir. Yenə də o fikirdəyəm ki, Azərbaycanın Tabut Önündə Söz Deyə Biləcək Aydınlara ehtiyacı var. Ə, bə hanı buna haqq edə bilən və hansı məntiqi, hansı düşüncəsi, hansı jestiylə!?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI