“O zaman antiterror əmliyyatlarımza hazır olsunlar”

13:11 30-03-2022 | icon 871 | Müharibə
“O zaman antiterror əmliyyatlarımza hazır olsunlar”

Elxan Şıxəliyev: “Oradan erməni qeyri-qanuni hərbi birləşmələrini nəzarətdə saxlaya biləcəyik

 

Azərbaycan hərbi birləşmələrinin öz dislokasiya mövqelərini Xocalının Fərrux kəndi üzərində təyin etməsi nədənsə ölkəmizə qarşı Rusiyadan müəyyən aqressiv yanaşmaları da meydana  çıxartdı. Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarının bərpası istiqamtində addımlar atdıqca işğalçı düşmən qüvvələrin aqressiyası da çoxalır. Fərrux kəndindəki yüksəkliyə nəzarətin təmin edilməsinin əhəmiyyətinə baxanda düşmənin narahatçılığı bəlli olur.

 

Ümumən, Fərrux yüksəkliyinin əhəmiyyəti nədir?

 

Versus.Az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında Fərrux kəndi və ətraf yüksəkliklərdə mövqelərimizin möhkəmlənməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib:

 

“Qarabağda sülhməramlı kontingentinin nəzarti altında olan bölgə ilə Qarabağ ətrafındakı perimetr üzrə döyüş növbətçiliyi aparan silahlı qüvvələrimizin bölmələri arasında bir təmas zolağı mövcuddur. Bu təmas zolağında bizim silahlı qüvvələrin birlik və birləşmə komandirləri mövqelərimizin yeni dislokasiya yerlərinin harda ola bilməsini özləri müəyyən edə bilirlər. Bu tam olaraq onların cavabdehlikləri çərçivəsindədir və bu, döyüş tapşırıqlarının tərkib hissələrindən biridir”.

 

E.Şıxəliyev hesab edir ki, Fərrux yaşayış məntəqəsinin  üzərindəki dislokasiya yerinin Qaraqulux yüksəkliyinə təyin olunması təbii ki, həmin yükskliyin özünün strateji əhəmiyyətindən irəli gəlir:

 

“Bu yüksəkliyin strateji əhəmiyyəti ondan ibarətdir ki, Qarabağda, xüsusən Xankəndi istiqamətində 20-25 kilometr dərinliyinə qədər müşahidəni nəzarət altına götürə bilirik. O ərazidən erməni qeyri-qanuni hərbi birləşmələrinin hərəkətlərini rahatlıqla izlyib nəzarətdə saxlaya biləcəyik. Digər tərəfdən, oradan əsas təminat avtomobil yollarından biri (Ağdərə-Xankəndi) keçir. Yüksəkliyə nəzarət etməklə yol da avtomatk müşahidə nəzarəti altına düşür. Eləcə də orada hərəkət edə biləcək bütün hərbi birləşmələrin hərəkəti nəzarət altına düşə biləcək”.

 

Hərbi ekspert bildirib ki, əgər erməni silahlı birləşmələri orda mövqe tutsaydılar, Ağdam ərazisi düşmənin müşahidə və atəş nəzarəti altına düşə bilərdi ki, bu da gələcəkdə Ağdam yaşayış bölgəsində məskunaşmağımız üçün ciddi təhlükələr yarada bilərdi:

 

“Bizim silahlı qüvvələr öz mövqelərini Qaraqulux yüksəkliyində, Fərrux kəndində yerləşməklə  ərazidə bu üstünlüyü əldə etdilər”. 

 

E.Şıxəliyev qeyd edib ki, hərb elminə əsasən coğrafi olaraq strateji və taktiki yükskliklər kimin nəzarətində olursa, həmin tərəfin müdafiə qabiliyyəti artırılmış olur. Onun fikrincə, bu  baxmdan da digər ərazilərdəki taktiki yüksəkliklərin nəzarətdə olması, eyni zamanda Fərrux yaşayış məntəqəsindəki yüksəkliyin də nəzarət altına keçməsi bizim müdfiə olunan bölmələrin müdafiə qabiliyyətini avtomatik olaraq artırır:

 

“Ərazilərdə mövqelərimizin harda yerləşməsi bizim tam legitim hüququmuzdur. Ərazilər bizimdir, bölmələrimiz harda yerləşəcəksə, ona yerli birləşmə komandirləri qərar verə bilər.  Təbii ki, bu ermənilərin və Rusiya sülhməramlılarının xoşuna gəlməyə bilər. Üçtərəfli bəyanatın 4-cü bəndində göstərilən maddəyə əsasən erməni silahlı birləşmələrini vaxtında ərazidən çıxartsaydılar, heç bir problem qalmazdı. Ona görə də Rusiya sülhməramlıları problem kimi gördükləri bu məsələni öz öhtəliklərini yerinə yetirməmələrində axtarmalıdırlar. Erməni qeyri-qanuni silahlı birləşmələri Qarabağdan çıxarılsa, problemlər avtomatk həll olunar”.

 

Hərbi ekspert bildirib ki, təbii olaraq Azərbaycan revanşist bəyanatlar verən, Qarabağda yenidən təşkilatlanan erməni hərbi birləşmələrinin atəşkəsi pozmaqda davam etməsinə, əsgərin üzərinə qumbara atmasına, Kəlbəcər-Ağdərə yolunda kalonlarımızın durdurulmasına sona qədər dözmək fikrində deyil:

 

“Bizim silahlı qüvvələrimiz ərazidə qeyri-qanuni hərbi birləşmələri zərərsizləşdirmək, neytrallaşdırmaq və oradan çıxartmaq üçün antiterror əməliyyatları keçirmə səlahiyyətlərini özündə saxlayır. Biz görsək ki, gördüyümüz tədbirlər çərçivəsində qarşı tərəf sülh danışıqları istiqamətində müsbət addımlar atmır, o zaman bizm antiterror əmliyyatlarımza da hazır olsunlar”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”