İsgəndər Həmidov bəyə!

22:46 06-01-2019 | icon 910 | Köşə
İsgəndər Həmidov bəyə!

 

İçlə, yoxsa çöllə mübarizə?

 

 

İGİD TEYMURLU

 

 

Cənab General, səmimi deyin, heç etdiklərinizə və etmək istədiklərinizə görə sümükləriniz inləyirmi? Axı deyəsən siz də bu zamanın Krezlərinin yazdıqları ssenarinin quruluş planına uyğun bir personaj rolunda səhnəyə çıxarılmısınız. Hər halda kənardan belə görünür. Və vallahi kənardan hər şey gözəl görünür.


Cənab General, heç özünüzə sual verdinizmi ki, ömrünü-gününü bu millətin yolunda fəda etməyə hazır olan İnsanlar nədən bu gün sizinlə bir yerdə deyillər? Axı bu adamlar dünyanın ən qaniçən imperiyası olan SSRİ-yə qarşı hərb meydanında canlarını belə sipər etmişdilər, amma indi yanınızda deyillər! 
Nədən? Əgər bu Adamlar kiməsə və nəyəsə “satılıblar”sa, çıxın meydana və açıq mətnlə bəyan edin ki, ay millət, bax bu adam bizdən deyil. Yox əgər belə deyilsə, onda döyüşün mahiyyətini anlayanlar və döyüş adamlarıyla yan-yana dayanın. Mən bununla sizinlə indi bir yerdə olan adamların döyüş əzminə heç də kölgə salmıram və salmaram da. Ancaq bu konuda siyasət və hərb meydanında DÖYÜŞ TƏCRÜBƏSI olan insanların mövqeyini nəzərə almamağınız düzgün deyil və bunun uğur gətirəcəyinə də sıradan bir fərd olaraq mən inanmıram. 

Keçən mitinqdə bidirirdiniz ki, “hər şey yaxşı gedirdi, VHP sədri Sabir Rüstəmxanlı mitinqə bir gün qalmış bizə bəlli olmayan səbəblər ucbatından mitinqə qatılmadı”. Yanınızda olan Əvəz Zeynallı “Qaynar qazan”da min cür təamlar bişirir, bu məsələ ilə bağlı Sabir Rüstəmxanlının özünü, yaxud partiyasından hansısa bir yetkilini studiyaya dəvət edib sorğu-suala çəkmək, gerçəkləri anlatmaq, xalqa təqdim etmək bunca çətindirmi? Əgər bu edilmirsə, məntiqlə belə davranışlarda Rüstəmxanlını bu konuda cəmiyyətə hədəf kimi göstərmək, onun siyasi və ədəbi fəaliyyətinə kölgə salmaq dayanır. Eləcə də digər siyasət adamlarıyla bağlı da bu sözləri demək mümkündür...


“Bu gün Azərbaycan Xalq Hərəkatının əsası qoyuldu. Bundan sonra əsas məqsədimiz mümkün olduğu qədər insanları yeni yaranan Xalq Hərəkatı dalğasıyla tanış etmək və fəaliyyətə səsləməkdir. İllərlə gözlədiyimiz məqam budur...”


Xub və ləbbeyk!!!! Bu, İsgəndər bəy Həmidovun paylaşdığı statusdandır...

 

Bir az bəsit səslənir bu fikirlər, vallahi. Siz Sabir Rüstəmxanlını, İlyas İsmayılovu, İsa Qəmbəri, Etibar Məmmədovu, Əli Kərimlini, Sərdar Cəlaloğlunu, Nemət Pənahlını, Elşad Musayevi, İlqar Altayı və adlarını sadalamadığım siyasət adamlarını arxasınca meydanlara aparan XALQımı “hərəkat dalğası”yla tanış edəcəksiniz!?


Anlamadım, cənab General, lütfən, deyin görək, bu "xalq hərəkatı" deyilən zadı 5-6 nəfər necə yaradır axı? Və bu "xalq hərəkatı"nın konkret hədəfi nədir axı? İçlə, yoxsa çöllə mübarizə?


Əgər “içlə mübarizə” deyiləcəksə, bəs onda bu içdəkilər bəyəm bizm xalqdan deyillər ki!? “Xalq hərəkatı” xalqla mübarizəmi aparacaq, ya dəli kimi millət özü-özünə əl qatacaq??
Yox əgər "çöllə mübarizə” deyiləcəksə, bu, lap dəhşət. Deməli, 30 ildir ki, bizm qız-gəlinimiz erməni əsirliyindədir və "xalq hərəkatı"nı yaratmaq istəyənlərin məntiqindən çıxış etsək, guya biz hələ də bu gerçəkliyi anlamamışıq və “xalq hərəkatı” yaradıcılarının sayəsində indi-indi toparlanmağa başlayırıq, öyləmi!?.


Mən 88-ci ildə Meydana çıxanda heç kim məndən və başqasından xahiş etməmişdi ki, meydana gəl. Mən qəlbimin diktəsilə o Meydana getmişdim, cənab General. Yaradın bu təşkilatı, yerlərdə şöbələrin formalaşdırılmasına da 3-4 il sərf edin....qatın bu millətin başını...., qoy erməni də orada dağlardakı tunellərimizi partladıb təzə yollar açsın özünə, dünya çapında özünə tərəfdarlar toplasın....bada verdiyimiz illər də ötsün......problemlərimiz də beləcə qartısın ..... və günün birində beynəlxalq güclər də təpiyi boğazımıza dirəyib “barışın bu reallıqla!!!” desin.!!!!!


BAX ONDA BİZ OLMAYACAĞIQ. ANCAQ GƏLƏCƏK NƏSİL MƏNİM DƏ, SİZİN DƏ, GUYA MÜBARİZƏ ETDİYİNİZ “İÇ QÜVVƏLƏR”İN DƏ - HAMIMIZIN SÜMÜKLƏRİMİZİ QƏBİRDƏN ÇIXARIB SUÇLU BİLDİKLƏRİNƏ görə, GÜNAH ETDİYİMİZƏ GÖRƏ DAR AĞACINDAN ASACAQ...


Səmimi deyin, bütün bunlara görə heç sümükləriniz inləyirmi?
Sizə sayğılarla!!!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin