“Şahdəniz”dən qaz hasilatı 100 milyard kub metrə çatdı

14:41 07-01-2019 | icon 481 | İqtisadiyyat
“Şahdəniz”dən qaz hasilatı 100 milyard kub metrə çatdı

 

Bu günlər “Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kub metrə çatıb.

 Versus.Az Modern-az-a istinadən xəbər verir ki,  ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığı və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyü elan edilən vaxtdan 12 il sonra baş verib.

Xatırladaq ki, 15 dekabr 2006-cı ildə elan edilmiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi və o vaxtdan bəri qaz həcmləri uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılıb.

2018-ci il isə Şahdəniz layihəsi üçün növbəti əlamətdar hadisə ilə yadda qaldı. Planlaşdırıldığı kimi, 30 iyun tarixində Şahdəniz 2 çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlandı və iyulun sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edilib.

2006-cı ildən bəri Şahdəniz yatağından ümumilikdə həmçinin 196 milyon bareldən artıq kondensat hasil edilib.

Hazırda Şahdəniz yatağından hasilat Alfa platformasında təqribən 10, Bravoda isə 6 quyudan əldə edilir.

Faktlar və rəqəmlər

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz bu günədək BP-nin dünyada kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kilometr ərazini əhatə edir. Yataq 1999-cu ildə aşkar edilib.

Bütün Şahdəniz yatağında hesablanmış ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 milyard barel təşkil edir.

Şahdəniz 2 ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Şahdəniz yatağının ümumi hasilat həcmi ildə 26 milyard kubmetr qaz və gündə 120 000 barel kondensat səviyyəsinə çatacaq.

Şahdəniz 2 çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu, BP şirkətinin bu vaxtadək dünyada operatoru olduğu ən iri dəniz infrastrukturudur.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi