Qara dənizdə batan gəmidə bir azərbaycanlı dənizçi həlak oldu- YENİLƏNİB

17:44 07-01-2019 | icon 704 | Hadisə
Qara dənizdə batan gəmidə bir azərbaycanlı dənizçi həlak oldu- YENİLƏNİB

 

Türkiyənin Daxili İşlər Nazirliyi Türkiyənin Samsun vilayəti sahillərində batan gəmi ilə bağlı məlumat yayıb.

Versus.Az-ın yerli KİV-ə istinadən məlumatına görə, qeyd olunub ki, sahildən 77 mil məsafədə Panama bayrağı altından üzən gəminin batması ilə bağlı təhlükə siqnalı daxil olduqdan sonra Sahil Təhlükəsizlik Komandirliyi kater və vertolyotla axtarış xilas etmə əməliyyatına başlayıb.

Batan gəmidən yeddi ekipaj üzvü xilas edilib, 2 nəfərin isə meyiti tapılıb. Xilas edilənlərdən dördü vertolyotla Samsuna gətirilib. Hazırda axtarış tədbirləri davam etdirilir. Bildirilib ki, gəmidə ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan və 2-si də Rusiya vətəndaşlarıdır.

**

Qara dənizdə Türkiyənin Samsun vilayəti sahillərində yük gəmisi batıb.

Türkiyə KİV-lərinin yazdığına görə, Panama bayrağı altında üzən gəmidə 20 nəfər olub.

Son məlumatlara əsasən, Türkiyənin sahil-mühafizə xidməti 4 nəfəri xilas edə bilib.

Digər heyət üzvlərinin axtarışları davam etdirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur