44 mindən çox şagird imtahan verəcək

12:45 14-04-2022 | icon 461 | Təhsil
44 mindən çox şagird imtahan verəcək

16-17 apreldə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

Bildirilib ki, imtahanlar saat 11:00-da başlanır.

 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunub.

 

İmtahanlar eyni vaxtda respublikanın 23 şəhər və rayonunda keçiriləcək.

 

Aprelin 16-da keçiriləcək imtahanda 23 107, aprelin 17-də keçiriləcək imtahanlarda isə 21 749 nəfər olmaqla, ümumilikdə 44 856 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahanlarda 8 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.

 

Qeyd edilib ki, imtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

 

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə linkdən tanış ola bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə