Tacirin dünyaya bəxş etdiyi mədəniyyət incisi

13:35 08-01-2019 | icon 476 | Maraqlı
Tacirin dünyaya bəxş etdiyi mədəniyyət incisi

 

Versus.Az Milli.az-a istinadən xəbər verir ki, dünyanın ən böyük muzeylərindən biri Tretyakov Qalereyası Rusiyanın paytaxtı Moskvada yerləşir.
O, rus incəsənətinin simvolu sayılır. Qalereyada dəyərli rus kolleksiyaları qorunur. Muzey, həmçinin sovet incəsənəti və mədəniyyətini özündə əks etdirən minlərlə rəngkarlıq, qrafika, heykəltaraşlıq və tətbiqi incəsənət nümunələrinə malikdir. Muzeydə 180.000-dən çox eksponat qorunur. Burda 60-dan çox zal var.

Qalereyanın yaranma tarixi çox maraqlıdır. Tretyakov Qalereyasının yaranma tarixi 1856-cı ildən başlanır. Rusiyanın tanınmış taciri Pavel Tretyakov ilk rəsm işlərini rus rəssamlarından alır. Pavel öncə buna bir hobbi kimi baxsa da, sonradan kolleksiya yığmaq onun əsas işinə çevrilir. Qalereya getdikcə böyüyür. Yer az olduğundan yeni zalların tikilməsinə ehtiyac yaranır və tikilir.
 
1892-ci ildə Tretyakov öz qalereyasını dövlətə bağışlayır. Bu əməlinə görə çar Pavel Tretyakova zadəgan titulu verir. Lakin Tretyakov bu tituldan imtina edir. Onun əsas amalı rus mədəniyyəti üçün töhfə vermək idi. 
Sonralar qalereya onun şərəfinə "Tretyakov Qalereyası" adlandırılır.

Hər gün 10000 minlərlə adam qalereyanı ziyarət edir. Əgər sizdə Moskvadasınızsa, mütləq bu qalereyaya baş çəkin. Qalereyanın iş vaxtı və qiymətləri ilə aşağıda tanış ola bilərsiniz.

Tretyakov Qalereyasının iş vaxtı
Çərşənbə axşamı, Çərşənbə və Bazar 10:00 - 18:00;
Cümə axşamı, cümə və cümə ertəsi 10:00 - 21:00;

Bazar ertəsi istirahət günüdür;
Kassalar iş vaxtının sonuna bir saat qalmış bağlanır.

Tretyakov qalereyasının əsas binasına giriş biletlərinin qiyməti:

 

Böyüklər - 500 rubl (12,60 AZN) (Rusiya və MDB ölkələri vətəndaşlarından başqa ölkə vətəndaşları)
Böyüklər (Rusiya və MDB ölkələri vətəndaşları) - 350 rubl (8,80 AZN)

Tələbə - 250 rubl (6,30 AZN)
Endirim olunanlar- 250 rubl (6,30 AZN) (təqaüdçülər, Sovet İttifaqı Qəhrəmanları, Rusiya Federasiyasının Qəhrəmanları, Rusiya universitetlərinin tələbələri)

Baş binaya və Tretyakov Qalereyasının Krımski Val binasına girişin qiymətləri:
Böyüklər - 800 rubl (20 AZN) (Rusiya və MDB ölkələri vətəndaşlarından başqa ölkə vətəndaşları)
Böyüklər (Rusiya və MDB ölkələri vətəndaşları) - 600 rubl (15 AZN)
Məktəblilər, tələbələr - 400 rubl (10 AZN) 
Endirim olunanlar - 250 rubl (6,30 AZN) (təqaüdçülər, Sovet İttifaqı Qəhrəmanları, Rusiya Federasiyasının Qəhrəmanları, Rusiya universitetlərinin tələbələri)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı