Cütləşdikdən sonra yeyilməmək üçün qeyri-adi taktika
Erkək hörümçəklər cütləşdikdən sonra yeyilməmək üçün katapult edirlər. Bir qrup çinli alim “Philoponella prominens” hörümçəyinin cütləşmədən dərhal sonra atılma anını çəkə bilib.
Mütəxəssislər 155 cütləşmə ritualını müşahidə ediblər: 152 erkək uğurla tullana bilsə də, qalan üçü dişilər tərəfindən yeyilib. Onlar tədqiqatçılar tərəfindən katapultuna mane olunan 30 erkəyi də yeyiblər.
“Philoponella prominens” Yaponiya və Koreyada yaşayan “sosial” hörümçək növüdür. Onların 300-ə qədəri bir araya gələrək böyük tor şəbəkəsi toxuya bilir.
Xəbər lenti
Sabahın hava PROQNOZU
Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var