Yadplanetlilərdən qorxan qadın evdən çıxmır

06:17 27-04-2022 | icon 539 | Maraqlı
Yadplanetlilərdən qorxan qadın evdən çıxmır

İngiltərə sakini olan qadın yadplanetlilər tərəfindən oğurlanacağından qorxduğu üçün evdən çıxmağa cəsarət etmir.

 

51 yaşlı Saşa Kristi ilk dəfə UNO-nu (Uçan Naməlum Obyekt) uşaq vaxtı gördüyünü, lakin ən parlaq və aydın halda bu uçan obyektlə 1997-ci ildə rastlaşdığını deyir. Onun sözlərinə görə, ailəsi ilə birlikdə səyahət edərkən anidən böyük kosmik gəmi və onun yanından qaçıb keçən yadplanetli fiquru görüb.

 

“Oğlum mənə dedi ki, onun ayağına nəsə toxundu, ancaq mən kosmik gəminin parlaq alovlarına baxırdım və nə baş verdiyini anlamağa çalışırdım”, – deyə qadın yaşadıqlarını xatırlayıb.

 

Bundan əlavə, o iddia edir ki, ona nəyinsə toxunduğunu şəxsən hiss edib və onu çox dəhşətli bir qorxu hissi bürüyüb. Bu zaman hətta uşaqlarını da unudaraq qaçmağa başlayıb.

 

“Panika içində, tam bir isterik korluq içində, haraya getdiyimi görmədən evə doğru qaçırdım”, – deyə o əlavə edib.

 

Bu hadisədən sonra Kristi çox qorxub və bu səbəbdən də onda evdən çıxma fobiyası yaranıb. O qorxur ki, əgər evdən çıxarsa, ilk uyğun fürsətdə yadplanetlilər onu oğurlayacaqlar.

 

“Bu məndə narahatlıq yaradır və hər dəfə evdən çıxmaq məcburiyyətində qalanda əsəb hissləri keçirirəm”, – deyə o etiraf edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ