Operatorun güllələnməsindən dərhal sonra...

06:22 29-04-2022 | icon 775 | Film
Operatorun güllələnməsindən dərhal sonra...

“Pas” filminin çəkiliş meydanında baş verənlər

 

Santa Fe polisi faciədən dərhal sonra, məşhur aktyor Alek Bolduinin təsadüfən operator Qalina Hatçinsi güllələdiyi “Pas” (“Rust”) filminin çəkiliş meydançasında baş verənlər barədə görüntüləri yayıb.

 

Kadrların birində aktyor çəkiliş zamanı kilsə kürsüsündə oturaraq silahı çıxararaq kameraya tuşlayır.

 

Başqa bir kadrda Hatçinsin hadisədən dərhal sonrakı görüntüləri əks olunub. Kadrlarda onun hələ də sağ olduğu görünür. Həkimlər tibbi yardım göstərməyə çalışır, qadından rus və ingilis dillərində nəfəs almağı, narahat olmamağı xahiş edirlər.

 

Üçüncü görüntü Qalina xəstəxanada vəfat etdikdən sonra çəkilib. Aktyor deyir ki, silahdan atəş açılmamalı idi.

 

 

Xatırladaq ki, oktyabrın 21-də Nyu-Meksikoda “Rust” qərb filminin çəkilişləri zamanı aktyor Alek Bolduin güllə ilə dolu tapançadan atəş açılmışdı. Nəticədə 48 yaşlı rejissor Coel Souza və 42 yaşlı kinooperator Qalina Hatçins yaralanmışdı. Souza bir neçə saat sonra xəstəxanadan buraxılsa da, Hatçinsin həyatını xilas etmək mümkün olmadı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR