“Öz maaşlarının azaldılmasını təklif etsələr, büdcəyə xeyli qənaət etmiş olacaqlar”

16:28 23-11-2017 | icon 475 | Siyasət
“Öz maaşlarının azaldılmasını təklif etsələr, büdcəyə xeyli qənaət etmiş olacaqlar”

“Kicik və orta biznesin inkisafina yönəldilən vergilərin azalması vacibdir”

“Büdcəyə qənaət” deyib, tələbənin onsuz da gülməli olan təqaüdünü, həkimin, müəllimin maaşını azaltmağa çalışmasınlar”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Milli Məclisin 2018-ci ilin büdcə layihəsinin müzakirəsində ortaya çıxan müəyyən nüanslarla bağlı açıqlamasında deyib.

ALDP sədri bildirib ki, əksinə, təqaüd alan tələbələrə stimul vermək, gələcəyin insan kapitalını yaratmaq üçün tələbə təqaüdləri artırılmalıdr:

“Ümumiyyətlə, ən çox maliyyə təhsilə yönəldilməli və onun işlənməsinə ciddi nəzarət olmalıdır. Gənclərə stimul verilməlidir ki, daha yaxşı oxusunlar və başqa problemləri fikirləşməsinlər. Eləcə də əmək pensiyaları, həkim və müəllimlərin maaşları artırılmalıdır”.

F.Əliyev dövlət büdcəsinin əsas hissəsinin neft uzərində formalasdığını qeyd edərək, gəlirlərin yarısından coxunun neftin satışından təşkil olunacağını önə çəkib. O, bu mənada hakimiyyətin “bizim iqtisadiyyatın basqa sahəlari inkisaf edir”– bəyanatlarını və “analoqsuz” inkisaf etməsi ilə bağlı irəli sürdüyü şüarları əhalinin indiki yaşamı, sosial durumu ilə müqaisədə boş sözlər sayıb:

“Fikrimcə, kicik və orta biznesin inkisafina yönəldilən vergilərin azalması vacibdir. Büdcədə kənd və təsərrüfat biznesinə aid olan sahələrə güzəstli, faizsiz kreditlər verilməlidir. Gömrük rüsumlarının azalması, ixrac-idxal malların siyahısının genişlənməsi və rüsumsuz gətirib aparmaq imkanlarının genişlənməsi iqtisadiyyatın neftə aid olmayan sahələrinin inkişafina gətirib cıxara bilər ki, bu sahəyə üstünlük verilməlidir”.

F.Əliyev bildirb ki, millət vəkilləri qənaət məqsədli təkliflər verərkən birinci növbədə özlərindən başlamalıdırlar:

“Millət vəkilləri öz maaşlarını artırmağı deyil, əksinə, azaldılmasını təklif etsələr, büdcəyə xeyli qənaət etmiş olacaqlar. Deputatların maaşları heç olmasa müəllim və həkimlərin maaşlarına uyğun olsa, aydın düşünməyə imkanları yaranar. Bundan sonra baxarıq görək bunlar həmin maaşla yaşaya biləcəklərmi?”

Tahirə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”