"Çənlibeldən Göyçəyə" işıq üzü gördü

10:44 09-01-2019 | icon 1909 | Ədəbiyyat
"Çənlibeldən Göyçəyə" işıq üzü gördü

 

Qərbi Azərbaycanın - Göyçə mahalının dəyərli övladı Koroğlu Qasımov haqqında ilahiyyatçı-yazar Tural Irfanın "Çənlibeldən Göyçəyə" kitabı artıq işıq üzü gördü.

 
Versus.Az-ın məlumatına görə, Qədim və ulu yurd yerlərimizdən olan Göyçə mahalının Nərimanlı kəndində dünyaya göz açmış, tanınmış Hacı Alı nəslinin nümayəndəsi, Qarabağ qazisi, uzun müddət müxtəlif yerlərdə, hüquq mühafizə orqanlarında şərəf və şücaətlə yüksək vəzifələrdə xidmət göstərmiş, xeyirxah, vətənpərvər, şərəfli insan olan Koroğlu Qasımovun 50 illik yubileyi münasibəti ilə Tural Irfanın yazdığı "Çənlibeldən Göyçəyə" adlı 272 səhifəlik kitabda Göyçə mahalı və Nərimanlı kəndi haqqında, Koroğlu Qasımovun məşhur nəsil şəcərəsi, ulu babası-xeyirxah və müdrik şəxsiyyət olmuş Hacı Alı, o dövrdə mahalın ədalətli idarəçiliyində böyük rolu olmuş Qlava Balı, Musa Qasımov habelə, onun oğlu, Göyçə mahalında öz xeyirxahlığı, xalqa xidməti, səxavəti, mərdliyi ilə ad-san qazanmış Becan Qasımov və onun dəyərli övladı Koroğlu Qasımov haqqında məqalələr, müsahibələr, şeirlər yer alıb.


Koroğlu Qasımov keçdiyi 50 illik ömür yolunda dövlətimizə, ərazi bütövlüyümüzə, xalqımıza əvəzsiz xidmətlər göstərib.


Kitabın bədii redaktoru və ön söz müəllifi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, analoq.az saytının baş redaktoru Savalan Talıblıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin