"Paris də Dehlinin Rusiyadan uzaq dayanmasını istəyir”

13:42 06-05-2022 | icon 552 | Dünya
"Paris də Dehlinin Rusiyadan uzaq dayanmasını istəyir”

 

“Narendra Modi Avropa ölkələrinə səfəri zamanı Hindistanın Ukrayna ilə bağlı mövqeyini şəxsən izah etməyi qarşısına məqsəd qoyub. Modi Avropa liderlərinə izah etməyə çalışıb ki, Dehli Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bəyənməsə də, Kremllə əlaqələrdən imtina edə bilməz. İki ölkə arasında bəzi ortaq layihələr və enerji əməkdaşlığı var. Bunun bir səbəbi də Çinin siyasətidir. Dehli hesab edir ki, Kremllə əlaqələrdən imtina etsə, Rusiya Çin-Hindistan gərginliyində birmənalı şəkildə Pekinə dəstək verəcək. Bu isə bölgədə Çinin mövqeyini daha da gücləndirəcək. Digər tərəfdən Dehli Çinin Avropa ölkələrinə artan yatırımlarından da narahatdır”.

 

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu  Hindistanın baş naziri Narenda Modinin Avropa ölkələrinə səfərinin məqsədlərini  şərh edərkən bildirib.

 

 

 

Politoloq qeyd edib ki, Narendra Modinin bu səfərdən iki məqsədi olub. Onun birinci məqsədi Dehlinin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə ölkəsinin mövqeyini izah etmək, ikinci məqsədi isə Avropa ölkələri ilə əməkdaşlığın inkişafı mövzularını müzakirə etməkdir. Narendra Modini səfərdə Hindistanın yeni təyin olunmuş xarici işlər naziri Vinay Kvatra müşaiyət edib. Bu Modinin 2022-ci ildə xaricə ilk səfəridir.

 

“Narendra Modi Almaniyada bir neçə sazişə imza atıb. Bu sazişlərə görə, Hindistan 2030-cu ilə qədər 10 milyard avro kredit əldə edəcək. Bu maliyyə Hindistanda ekoloji təmiz enerjinin istehsalını artırmaq məqsədilə xərclənəcək. Berlin Dehli ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Dehli də Almaniyanı Avropada əsas tərəfdaşı sayır. Misal üçün Berlin Hindistan-Çin gərginliyində Dehlinin mövqeyini dəstəkləyir. Berlin Çinin bölgədə hərbi gücünü artırmasından narahatdır. Almaniyanın kansleri Olaf Şolts Hindistan, İndoneziya, Seneqal və Cənubi Afrika Respublikasını “böyük yeddilərin” iyunda Almaniyada keçiriləcək sammitinə dəvət edib.

 

Narendra Modi Berlində Hindistanın Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bu şəkildə dəyərləndirib: “Biz hesab edirik ki, bu müharibədə qalib yoxdur”. Modi Rusiyanın adını çəkməsə də, faktiki bu cümlə ilə demək istəyib ki, başqa ölkənin ərazisini işğalını dəstəkləmir. Halbuki, ABŞ və Avropa İttifaqı Hindistandan daha artığını gözləyir, Dehlinin Rusiya ilə əməkdaşlığın miqyasını azaltmasını istəyir”.

 

 

E.Şahinoğlu bildirib ki, Narendra Modi Almaniyanın ardınca Avropa İttifaqının ikinci əsas dövləti Fransaya səfər edib, bu ölkənin prezidenti Emmanuel Makronla görüşüb. Modi Berlində olduğu kimi Parisdə də Ukrayna mövzusunu müzakirə edib.

 

“Modi Makronla görüşdən sonra Hindistanın xarici işlər naziri bildirib ki, hər iki ölkənin Ukrayna ilə bağlı mövqeyi eynidir. Modi böyük ehtimalla qapalı görüşdə Rusiyanın Ukraynada apardıığı işğalçı müharibəni pislədiyini bildirib. Paris və Dehli Ukrayna mövzusuyla bağlı dialoqu genişləndirməyi qərara alıblar.

 

Berlin kimi Paris də Dehlinin Rusiyadan uzaq dayanmasını istəyir. Digər tərəfdən Berlin kimi Paris də Hindistan-Çin qarşıdurmasında Dehlinin mövqeyini dəstəkləyir. Bundan başqa Makron Hindistanın BMT Təhülksəzilik Şurasının daimi üzvü olması təklifini də dəstəkləyir. Bunun reallaşması problematikdir. Çünki Təhlükəsizlik Şurasının digər daimi üzvü Çin Hindistanın onunla bir sırada dayanmasına əngəl olacaq”.

 

Ləman

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB