“Faberlic”in hesablarına HƏBS QOYULDU

13:30 11-05-2022 | icon 344 | Dünya
“Faberlic”in hesablarına HƏBS QOYULDU

Finlandiya Aİ-nin sanksiyalarına əsasən, “Moskovskiy Komsomolets”in (MK) baş redaktoru Dmitri Qusev və Dövlət Dumasının deputatı Aleksey Neçayevin təsis etdikləri “Faberlic” şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib.

 

Fevralın 22-də Dövlət Dumasının digər deputatları kimi, Neçayev də Prezident Vladimir Putinin “DNR” və “LNR”in müstəqilliyinin tanınması təklifini dəstəkləyib. Bundan sonra Aİ Dumanın bütün deputatlarını sanksiyalar siyahısına daxil edib.

 

Bu qərar isə Finlandiyanın ayrıca sanksiyalar tətbiq etməsi ilə nəticələnib.

 

Mayın 4-də məhkəmə icraçısı “Faberlic”in ölkədəki ödənişlərinə qadağa qoyub və şirkətin Finlandiya bankı hesabındakı vəsaitlərinə həbs tətbiq edib.

 

“Təcrübədə bu o deməkdir ki, Rusiya şirkəti öz pullarını gözləyən dörd Finlandiya nümayəndəsinə ödəniş edə bilməyəcək”, – deyə bununla bağlı açıqlama verilən mənbələrdə bildirilir.

 

Burada söhbət əsasən bir neçə yüz avroluq məbləğlərdən gedir və görünür, bu məbləğə “Faberlic”in şəbəkə marketoloqlarının qonorarları daxildir.

 

Aprelin sonunda hakimiyyət orqanları həmçinin “Moskovskiy Komsomolets”in baş redaktoru və sahibi Pavel Qusevə qismən məxsus olan iki obyektin də fəaliyyətini dayandırıb.

 

Aİ həmçinin ona qarşı da sanksiyalar tətbiq edib və bunu “MK”nın Kremlin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərini dəstəkləməsi ilə əsaslandırıb. /TASS/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Dubayda qeyri-adi sərgi

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB