ABŞ İrandan öncə Qarabağda aktivləşməlidir - MakHenri

15:16 09-01-2019 | icon 591 | Geopolitika
ABŞ İrandan öncə Qarabağda aktivləşməlidir - MakHenri

 

Dağlıq Qarabağ konflikti ABŞ üçün strateji əhəmiyyət daşıyır.

Versus.Az xəbər verir ki, bu sözlər amerikalı analitik Uilyam MakHenrinin “Small Wars” jurnalında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Qərb institutlarının üzvləri olmayan və Moskva ilə eyni orbitdə olmayan bütün keçmiş sovet dövlətlərinin – Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanınya qonşularıyla ərazi mübahisələri, ya da ölkənin daxilində Rusiya tərəfindən dəstəklənən separatçı hərəkatlar var.

O, postsovet məkanındakı dondurulmuş konfliktlərdən Kremlin öz hədəflərinə çatmaq üçün istifadə etdiyini bildirib. Qarabağ konfliktindən bəhs edən MakHenri Qərb siyasətçiləri tərəfindən bu konfliktin lazımi şəkildə diqqətdə saxlanmadığını deyib:

“ABŞ gərək bu böhranın etibarlı şəkildə diplomatik həllinin axtarılması üçün xüsusi diqqət ayırsın. Bu, Rusiyanın regiondakı təsir imkanlarını məhdudlaşdıracaq. Bir müddət əvvəl Ermənistanda baş verən dinc etirazlar, köhnə hökumətin devrilməsi sülh əldə olunması üçün imkan yaradır. Bu, həmçinin bu strateji vacib regionda dondurulmuş konfliktlərin həlli üçün nümunə ola bilər”.

Onun sözlərinə görə, Rusiya Aprel savaşı zamanı hər iki tərəf arasında diplomatik danışıqların bərpası üçün aktiv rol oynasa da, savaşdan sonra konfliktin uzunmüddətli həllinin tapılması üçün az səy sərf edib və hər iki tərəfə konflikt zamanı silah satışını təmin edib.

Analitik Paşinyanın öz siyasi hakimiyyətindən Azərbaycanla danışıqlar masasında konfliktin diplomatik həlli üçün istifadə edəcəyinə ümid etdiyini deyib:

“Əgər bu baş versə, ABŞ bu təşəbbüsü ATƏT-in Minsk Qrupundakı təsirindən istifadə edib, dəstəkləməlidir. ABŞ İranın iqtisadi təsirinin məhdudlaşdırılması kimi ciddi geosiyasi problemləri həll etməzdən öncə bu dondurulmuş konfliktin sülh yolu ilə həllinin axtarılmasından konstruktiv geosiyasi iştirakçı kimi çıxış etməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı