“Yarıtmaz partiyalardan çıxıb, bizim partiyaya üzv olurlar”

15:48 23-11-2017 | icon 496 | Siyasət
“Yarıtmaz partiyalardan çıxıb, bizim partiyaya üzv olurlar”

“Bu ölkənin xəyanətkar məmur təbəqəsi ilə yalnız mən mübarizə aparıram”

“Partiyamızın rəhbər strukturları demək olar ki, tam formalaşıb. Partiyada təşkilatlanma işi güclənib”.

Versus.Az-ın məlumatına görə, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev MMP-nin təşkilati məsələləri ilə bağlı açıqlamasında bildirib. Partiya sədri vurğulayıb ki, MMP-də təşkilati iş bundan sonra daha da güclənəcək:

“Müasir Müsavat Partiyası çevik, dinamik fəaliyyət göstərən partiyadır və hesab edirəm ki, fəaliyyətimiz seçki ərəfəsində öz gücünü, potensialını daha da artıracaq”.

H.Hacıyev qeyd edib ki, partiyanın hər bir üzvü Nizamnaməyə əsasən fəaliyyət göstərir:

“Bölgələrə səfərlərimiz gözlənilir. Rayon təşkilatları ilə təmaslarımız ardıcıl xarakter daşıyır. Şübhəsiz ki, seçki kampaniyası dövründə respublikanın bütün ərazisində həm partiya strukturları, həm seçicilərlə görüşərək Müasir Müsavat Partiyasının apardığı siyasətin mahiyyətini izah etmək, təbliğat və təşviqat məqsədli səfərlərimizin intensivliyi artacaq”.

MMP-nin rayon təşkilatlarında da təşkilatlanma işlərinin sürətləndirildiyini deyən Hafiz Hacıyev üzvlərinin sayının artdığını vurğulayıb:

“Partiyamıza üzv olanların əksəriyyəti vaxtilə Yeni Azərbaycan Partiyasına üzv olan insanlardır. YAP-ı yeni tərk edənlər də bizim partiyamıza üz tuturlar. Onlarla söhbətlərimiz zamanı məlum olur ki, YAP-da olub, amma dövlət başçısına xəyanət yolunu seçənlər tərəfindən incidiliblər. YAP-dakı o qüvvələrə demək istəyirəm ki, nə qədər Hafiz Hacıyev sağdır, Azərbaycanın prezidenti, mənim qardaşım İlham Əliyevə heç nə edə bilmiyəcəklər.

Eyni zamanda, yarıtmaz müxalifət partiyaları var ki, o partiyaları da tərk edib MMP üzvlüyünü qəbul edirlər. Bu ondan irəli gəlir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar içində bir tək bizim partiyamız əsl müxalif mövqedədir. Bu gün özünü müxalifət adlandıran qüvvələrin təşkilatları isə bəzi məmurların pulu hesabına ara-sıra canlanan partiyalardır, xaricin drijor çubuğu ilə hərəkətə gələn partiyalardır. Hakimiyyətdə olan xəyanətkar güclərə də məhz bu cür müxalifət lazımdır”.

Az öncə ardıcıl mitinqlər keçirən Milli Şuranın qəfil susqunluğuna da toxunan MMP sədri, həmin qüvvələrin mitinq üçün aldıqları pulun bitdiyinə işarə etdi:

““Bir atımlıq barıt” idi bunların fəaliyyəti. Limit bitdi. Bir də növbəti maliyyələşməyə qaldı onların mitinq keçirməkləri. Birinci dəfə deyil ki, həmişə belə ediblər. Ona görə də yarıtmaz partiyalardan çıxıb, bizim partiyaya üzv olurlar. Çünki artıq o partiyanın üzvləri də başa düşüblər ki, bu ölkənin xəyanətkar məmur təbəqəsi ilə yalnız Müasir Müsavat Partiyası, mən, Hafiz Hacıyev mübarizə aparır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı