Qazi-jurnalistimizin vəziyyəti kritikdir

05:35 19-05-2022 | icon 763 | Şəhidlər və şahidlər
Qazi-jurnalistimizin vəziyyəti kritikdir

Düşmənə qarşı həm qələmi, həm də süngüsü ilə döyüşən jurnalistin səhhəti ilə bağlı vəziyyət ürəkaçan deyil. 

 

 

Jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsində müalicə alan Nəsimi Şərəfxanlının səhhəti sabit olsa da, psixoloji gərginliyi qalmaqdadır. 

 

 

Bu barədə jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib. Onun sözlərinə görə, qazi-jurnalist mayın 14-də özünəqəsd məqsədi ilə sirkə turşusu qəbul edib.

 

Elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti hələ də kritik olaraq qalmaqdadır.

 

Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə  Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə medallarla təltif edilib. /Moderator.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq