Nişan üzüyünü satmaq, dəyişmək və ya hədiyyə vermək olarmı? – SORĞU (YEKUN)

19:59 23-11-2017 | icon 2413 | Sosial
Nişan üzüyünü satmaq, dəyişmək və ya hədiyyə vermək olarmı? – SORĞU (YEKUN)

“Ona daha çox ailə xoşbəxtliyinin talisman kimi yanaşılır”

Versus.Az azim.az saytının nişan üzüyü ilə bağlı sorğusunu təqdim edir.

Bəzən bəzi ailələrin uğursuzluğu nişan üzükləri ilə əlaqələndirilir. Çünki nişan üzüyünü «bəxt üzüyü» adlandıranlar da var, ona bəzək və zinət əşyası kimi baxanlar da. Ona görə də Azərbaycan İnformasiya Mərkəzi və www.azim.azinternet portalı oxucularımız və sosial şəbəkə itifadəçiləri arasında sorğu keçirdib.
Xatırladaq ki, oxucularımıza və sosial şəbəkə istifadəçilərinə aşağıdakı sualları ünvanlamışdıq:

1. Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, deyirlər. Bu barədə nə düşünürsünüz?
2. Nişan üzüyünü “bəxt üzüyü” adlandırmaq olarmı, olarsa, nəyə görə?
3. Nişan üzüyünü satmaq, dəyişmək və ya hədiyyə vermək olarmı?

Tahirə Qafarlı
/Versus İnformasiya Agentliyinin baş redaktoru/
“NİŞAN ÜZÜYÜ insan həyatında yeni bir dönəmin başlanğıcı, yeni qurulacaq bir ailəyə HAKİMLİK və ŞAHİDLİK edən simvoldur. Nişan üzüyü təbiətin zəncirvari harmoniyasında iki insanı bir-birinə bağlayan HALQAdır. O, insana maddi tələbdən çox, mənəvi-ruhi enerjisi ilə təsir edir və adət-ənənələrin qorunması və davamlı olmasına xidmət edir. Bu mənada NİŞAN ÜZÜYÜ sadəcə bir bəzək əşyası kimi qəbul olunmur və ona daha çox mənəvi-ruhi enerjisi olan ailə xoşbəxtliyinin talisman kimi yanaşılır. Bu gün mövzu olaraq ortaya çıxan suallar da inanclara görə Nişan üzüyünün ruhi enerjisinin qeyi-adiliyinə əsaslanır. Təbii olaraq, əvvəllər kiminsə barmağına taxılan bir üzüyün sonradan nişan üzüyü kimi istifadə edilməsini yaxşı hal kimi qəbul etməyənlər ola bilər. Araşdırsaq burda da həqiqət var. Lakin bu inancları insan özü yaradır və o üzüyü kimlərin, yəni hansı ruha, hansı təfəkkürə, hansı ailə dəyərinə malik olan insanların istifadə etməsi və istifadə edəcəyi çox önəmlidir. Yəni, insan nişan üzüyünü dəyərli də edə bilər, dəyirsiz də. Nişan üzüyünə məhəbbətlə yanaşan, simvol kimi baxan sahibləri onun hörmətini, böyük bir bağ olduğunu düşündükcə onu qoruyacaq və nəsildən-nəsilə ötürəcəklər. Nəsldən nəsilə ötürülən üzüklər nə qədər istifadə olunsa belə, ailə bağlarını möhkəm qoruya biləcək enerjiyə sahib olur…

Ailə dəyərlərini, ənənələrini üstün tutan insanların barmağındakı HALQAya – Bəxt üzüyü deyilə bilər. NİŞAN ÜZÜYÜ insanın təşəkkürünün forması ilə daha qiymətli, yaxud ucuz ola bilər. O üzük bəxt üzüyü sayıla bilər ki, onun sahibi ailə dəyərlərini qoruyur, tarixinə, ənənələrinə hörmətlə yanaşır. Ailəsinn dəyərini, hörmətini bilməyənlər üçün nişan üzüyü adi metaldan başqa bir şey deyil və onun üçün satıla, alına, hədiyyə edilə, yaxud dəyişdirilə bilər. Sevgisi olmayanlar üçün nişan üzüyü bir zinyət əşyası, sevgisi olanlar üçün isə böyük məsuliyyət, dəyər yüküdür. XÜSUSİ EHTİYAC OLMADAN nişan üzüyünü dəyişən, bəyənməyib satan insanların düşüncəsini NORMAL qəbul edə bilmirəm”.

 İradə Polad
/«Mərhəmət» İctimai Birliyinin sədri/

“Əvvəllər istifadə olunan nşan üzüyü tarixi və qədimi olduğu üçün ondan hər zaman istifadə olunur və yadigar kimi saxlanılır. Ancaq buna baxmayaraq, onun düşər-düşməzliyi olur, bəxt bağlılığı və sonsuzluq kimi məsələlərə gətirib çıxarır. İnsan həyatında ən önəmli gün olduğu üçün bir nişanə olmasına görə nişan üzüyünə bəxt üzüyü də deyirlər. Bəxt üzüyü bəxtin açılmasına bir işarədir. Nişan üzüyünü nəsildən-nəslə ötürmək olar. Yəni, nəslin unudulmaması üçün bunu etmək olar. Ancaq nişan üzüyünü satmaqla həyatında olan qaranlıq və xoşbəxt anı satmış olursan”.
 
Ulduz Azaflı
/Moskvada yaşayan soydaşımız/

“Nişan üzüyünü nə satmaq, nə dəyişmək, nə də hədiyyə etmək olar. Öz adımdan deyirəm. Mən nişan üzüyümü məclisə gedən zaman taksidə salıb itirdim. Üstəlik, itirmək də çox pis olarmış.Yanvar ayının 3-ü idi. İl təzə başlamışdı.İnanarsız ki, o il başıma gəlməyən qəza-qədər qalmadı. Allaha yalvarırdım ki, il tez gəlib başa catsın. Aradan uzun vaxt keçməsinə baxmayaraq, gözüm hələ də o nişan üzüyümü axtarır. Düzür, deyirlər ki, qada-balan olsun, çıxsın, getsin. Amma əksinə oldu. Qada-bala məni necə tutdusa, heç olmayan kimi. İraq üzünüzdən. Bu, bir həqiqətdir”.

Anar Nağılbaz
/Rep ustası/

“Əgər istifadə edilmiş üzük valideyn tərəfdən verilirsə, ondan istifadə etmək olar. Əgər illər sonra «nə yaxşı ki bəxtimə sən çıxdın» deyəcəksənsə, nişan üzüyünü bəxt üyüzü adlandırmaq olar. Dar anda bəzən insanlar üzüyü satmağa məcbur olurlar, amma «bəxt üzüyü»dürsə olmaz. Bir də yenə də valideyndən övladına ötürülürsə, hədiyyə etmək düzgündür”.

Abbas Hünbətov
/Sindo-ryu və Pençak silat federasiyasının vitse prezidenti/

“Nişan üzüyü hər insana, hər qadına verilmir. Deməli, bəyənib həyat yoldaşın bildiyin insana verilir. Bir ömür boyu yol yoldaşın, sirdaşın və dostun bildiyin və qəbul etdiyin insana verilir. O da əvəzində onu barmağında daşımaqla sənə sədaqətini bildirir. Mənim düşüncəmlə əsl sədaqət elə nişan üzüyündən başlayır. Bəzən elə insan görmüşük lş barmağındakı köhnəlmiş nişan üzüyü ilə qürur duyur. Elə o sevgisi də həyatında yol yoldaşı, sirdaşı olan insana sədaqətindəndir. Elə insanlar da var ki nişan üzüyünü hərdən daşıyır barmağında. O da onun sevdiyinə daşıdığı üzüyün dəyəri qədər məhəbbəti və sevgisidi. Nişan üzüyünün nə satılmasını, nə də hədiyyə edilməsini düzgün qiymətləndirmirəm. Allah sıxıntını heç kimə göstərməsin. Bəxtin qızıl olmasını sədaqətlə bir ömür başa vuranlara aid edirəm. Barmağında nişan üzüyünü daşımayan insanlara isə 21-ci əsrin modeli kimi qiymət verirəm. Bu, mənim şəxsi fikrimdi. Bütün fikir və münasibət bildirən insanlara da hörmətlə yanaşıram. Hər günün dəyəri olduğu kimi həyatın ən dəyərli hədiyyəsi də elə nişan üzüyüdü”.

Zaur Qəriboğlu
/“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri/

“Əvvəllər çox şey fərqli idi. İndi isə elə bir insanlar özünə dönmək əvəzinə özündən uzaqlaşmağa başlayıb. Bu, heç də yaxşı hal deyil. Bir kütlə o zaman millət olur ki, özünün təməl dəyərləri olur. Mən tərəfdarı deyiləm ki, keçmişdən asılaq qalaq, əsla! Dövrün tələblərinə uyğun olaraq, öz təməl prinsiplərini qorumaqla, yenilənməlisən. Qaldı, nişan üzüyünə, mənim elə bir prinsipim yoxdu. Ağ qızıldan sadə üzüklərdən istifadə etməyi sevirəm. Mənə görə bunun evli, nişanlı olmağı anlamına gəlməsi mənasızdır. İnsandır, üzük taxmağı sevirsə, sevir də… Mütləqdir ki, üzük taxmaq üçün nişanlanmalı, yaxud evlənməlidir? Bəxt deyilən anlayışı da tam olaraq qəbul etmirəm. Hər şey insanın öz seçimindən asılıdır. Həyatını yalnışı və doğrularıyla necə seçirsə, elə də yaşayır… Bir üzüz hansı qüvvəyə malikdir ki, bəxt də müəyyən etsin? Nişan üzüyü iki sevənin bir-birinə hədiyyəsidir. Bu üzdən də hədiyyəni bir başqasına hədiyyə vermək birinciyə qarşı hörmətsizlik olar deyə, doğru deyil. Amma o qədər ehtiyyac içində olub, nişan üzüklərini satan insanlar olub və var ki… Sonradan həyatları daha da gözəl davam edib. Yəni düşünürəm, bir dəmir parçasını bu qədər ilahiləşdirmək doğru deyil”.

Günel Cəlilova
/«Bakı-Xəbər» qəzetinin jurnalisti/

“Əbədi sevginin simvolu – nişan üzüyü sayılır. Cütlüklər münasibətini rəsmiləşdirərkən ilk öncə nişan üzüklərini taxırlar. Bu üzük onların sevgisinin simvolu sayılır. Əvvəllər istifadə olunmuş üzüyün nişan üzüyünün istifadə olunmasının düzgün olmadığı fikri ilə razı deyiləm. Çünki bəzi ailələrdə anadan, nənədən, ümumiyyətlə ailə yadigarı olan üzük nişan üzüyü kimi gəlinə taxılır. Tarixən bu hal yaşanıb. Gəlinə onun yoldaşının anasından və ya nənəsindən yadigar qaıan üzüyü bəxt üzüyü verilib. Və o ailələr uzun ömürlü və xoşbəxt həyat sürüblər. Qaynana böyük sevgini gəlninə həmin üzüyü verir. Nişan üzüyü adından göründüyü kimi nişan, bəxt üzüyü sayılır. Çünki o üzük qadının bəxtini taleyini müəyyən edir. Qadın nə qədər qızıl zinət əşyası olsa da bəxt üzüyünün yerini heç biri verməyəcək. Çünki o üzük sayəsində onların sevgisi əbədi olub. Nişan üzüyünün satılmasının düzgün olmadığını düşünürəm. Ancaq ailənin son ümidi nişan üzüyü sayılarsa o halda o üzük satıla bilər”.

Gülmirə Poladova
/Reklam agenti/

“Əvvəllər istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək düzgün deyil. Məncə, nişan üzüyü ilk dəfə bağmağa taxılır, onu qoruyub saxlamaq, ona dəyər vermək lazımdır. Ona görə də bu üzüyə bəxt üzüyü deyilə bilər. Nişan üzüyünü satmaq uğursuzluğa gətirib çıxarır. Onu dəyişmək və hədiyyə vermək də olmaz”.

Cabir Alpoğlu Albantürk
/Şair, publisist, QAT və AYB üzvü/

“Əgər nənə və ya ana bəxtikəm olmayıbsa, onlardan qalmış üzüyü nəvəyə ya övladına nişan üzüyü kimi istifadə etmək olar. Hətta bu istək vəsiyyət edilibsə yerinə yetirməyə borclusan. Məncə, bu məfhum, inanc ciddi əsaslara söykənmir, təsadüflərin nəticəsi olaraq formalaşmış qənaətdir. Ümumi formalaşmış təsəvvürdə, tale rəmzi sayılan bu qiymətli ziiynət əşyasını satmaq ya dəyişməyin düşər-duşməzi olar inancı yayğındır. Ancaq, hədiyyə etmək, doğmasına bağışlamaq şəklində ya vəsiyyətdə yazaraq mümkündür, düşüncəsindəyəm”.

Cavid Sərxanbəyli
/«Vaxt.az» internet portalının baş redaktoru/

“Azərbaycan cəmiyyətində əsasən nişan üzüyü məsləsini ciddiyə alan xanımlarımız olub. Düzdür, müasir zamanda gənc oğlanlar da diqqət yetirməyə başlayıb amma sadaladığınız məslələrə önəmi əsasən xanımlar sərgiləyib. Ümumən nişan üzüyündə mistik anlam daşıması da adət-ənənəmizə görədir. Qaldı ki, nişan üzüyü barədə düşüncəmə, bu, mənə görə, adi bir evlilik atributudur. Amma əvvəllər istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək bir az qeyri-etik görünür. Yoxundur taxma, ya satıb başqasını al. Hər halda mən kimsəyə rəva bilməzdim. Bəxt üzüyü kimi, dediyim kimi bu mənim üçün 1 ailə simvoludur. Çox bahalı nişan üzüyü taxanların ailə həyatının qısa olduğunu görmüşük. 3. Nişan üzüyü həm də 1 hədiyyədir. Hədiyyəni isə satmaq, ya da bağışlamaq yenə etik deyil”.

Səadət Paşayeva
/Hüquq müdafiəçisi/

“Məncə, nişan üzüyü özəl olmalıdır. İşlənmiş üzükdən istifadə və ya nişan üzüyünün satılması uyğun deyil. Nişan üzüyünü hədiyyə etmək olmaz”.

Tural Turan
/Şair-publisist/

“İstifadə olunmuş üzüyü nisan üzüyü kimi istifadə etmək olar. Çünki manşır funksiyasını daşıyır. Ümumiyyətlə, bəxt üzüyü anlayışını qəbul edə bilmirəm. Nisan üzüyü bağ, birlik simgəsidir. Qumar simgəsi deyil ki, bəxt anlayışına tabe tutulsun. Ailə maddi sıxıntıya düşübsə, nişan üzüyünü satmaq olar”.

Pərviz Heydərov
/İqtisadci-ekspert/

“Bəli, əvvəllər istifadə olunmuş üzükdən istifadə düzgün deyil. Mən əslində realistəm, amma məntiqi sevənəm. Nişan üzüyü simvolik bir məna daşıyır. Bununla belə, yeni olmağı vacibdir. Bəxt anlayışı abstrak məna daşıyır. Hər halda nişan üzüyünün bəxt üzüyü adlandırılmasında mistik nəsə ola bilər. Nişan üzüyünü satmaq, dəyişmək və hədiyyə vermək qətiyyən olmaz”.

Sahnaz Kamal
/Türkoloq, yazıçı, araşdırmaçı/

“Əgər ehtiyac olarsa, əvvəllər istifadə olunmuş üzükdən təkrar istifadə niyə də olmasın? Məsələn, kasıb ailə ola bilər, yeni üzük ala bilməz və ananın işlənmiş üzüyü nişan üzüyü kimi taxarlar. Yaxud da, kimsəsiz bir oğlan evlənəndə, ucuz olsun deyə, lombarddan üzük ala bilər. Suiver insan olmadığım üçün, belə şeyin mənim üçün əhəmiyyəti yoxdur. 2. Məncə, yox. Üzüklə bəxtina arasında bir bağlılıq görmürəm. 3.Satmaq da olar, dəyişmək də, hədiyyə vermək də. Sonucda, bu bir əşyadır, üzükdür. Ondan qiymətli çox şey var. Mən əşyalara bağlı insan deyiləm deyə, üzük mənim üçün önəmli deyil”.

İnqilab Süleymanov
/«Newscenter.az» saytının baş redaktoru/

“Mən də o qənaətdəyəm ki, əvəllər istifadə edilmiş üzüyü nişan üzüyü kimi istifadə etmək doğru olmazdı. Çünki həmin üzük də ola bilər ki, bir neçə il əvvəl kiminsə nişan üzüyü olub. Həmin üzüyü almaq üçün hansı çətinliklərdən keçilib. Ona görə də hesab edirəm ki, nişan üzüyü yeni olmalı və büdcəyə uyğun müəyyənləşdirilməlidir. Həm də onun tərəfdarıyam ki, oğlanlar nişan üzüyünü öz qazancları ilə alsalar daha yaxşı olar. Valideynin pulu hesabına alınan nişan üzüyünü normal qəbul etmirəm. Nişan üzüyü iki gənci müstəqil həyata, ailə həyatına bağlayan bir anlam daşıyır. Ancaq oinu bəxt üzüyü adlandırmaq o qədər də doğru olmaz. Çünki insanın bəxti, taleyini Allah müəyyən edir. Tanrı nizamlayır. Hanısa üzüyün bəxt nizamlaması, müəyyən etməsi düzgün dəyərləndirmə deyil. Bir sözlə nişan üzüyünü bəxt üzüyü kimi qiymətləndirmək doğru olmazdı. Nişan üzüyünün hədiyyə verilməsinin qətiyyətlə əleyhinyəm. Çünki bu səninlə həyat yoldaşın arasında olan simvolik bir bağlıllıq anlamı verir. O ki qaldı satılmasına, etoraf edək ki, hazırda cəmiyyətin üzvlərinin böyük əksəriyyətinin sosial durumu olduqca ağırdır. O üzdən kimsə övladına bir tikə çörək almaq üçün məcbur qalıb, yaxud müalicəyə, iynəyə, dərmana pul tapıb verə bilmədiyi səbəbindən nişan üzüyünü satırsa, məncə bunda qəbahət axtarmaq doğru olmaz”.

Mətanət Ağamirli
/Lider TV-nin aparıcı-prodüsseri, Əməkdar jurnalist/

“Hesab edirəm ki nişan üzüyü bir şəxsə məxsus olur. Ona görə də başqasının nişanəsini daşıyan üzüyü təkrar istifadə etmək doğru deyil. Həm də daş-qaş ümumən enerji daşıyıcısı hesab olunduğu üçün məncə eyni şəxsə məxsus olmalıdır. Hesab etmirəm ki, bəxt-tale nişan üzüyünə bağlıdır. Mən nişan üzüyü almaq imkanında olmayan cütlüklərin də səadətinin şahidi olmuşam. Məncə, vəziyyətə uyğun olaraq satmaq, dəyişmək olar. Amma nişan üzüyündən hədiyyə olmaz. Məncə qızıl, daş-qaş təzə alınıb hədiyyə edilərsə daha gözəl olar”.

Dilqəm Əhməd
/Jurnalist/

“Mənə görə nişan üzüyünün hər hansı bir əhəmiyyəti yoxdur. Sadəcə bütün evlilik aksesuarlarının (gəlinlik daxil) yeni olmasının tərəfdarıyam. Nişan üzüyünün bəxtlə əlaqəsi olduğunu zənn etmirəm. Sadəcə qadınlar üzüyü ilahiləşdirirlər. Nişan üzüyünü ayrıldıqdan sonra dənizə atmaq daha məsləhətlidir”.

Şəlalə İsgəndərova
/Teleaparıcı, jurnalist/
“Mənim fikrimcə, nişan üzüyünü ilk alanda barmağa taxmalısan. İşlənmiş üzüyün dühər-düşməzi olar. Ona görə də deyirlər ki əvvəllər istifadə olunmuş üzüyü təkrar istifadə etmək olmaz. Ta qədimdən deyirlər ki, kiminsə üzüyünü alıb taxmaq olmaz. Nişan hər bir gəncin həyatında unudulmaz və yadda qalan gündür. Çünki adət-ənənəyə görə ailə quran gənclər üzükləri heç vaxt barmaqlarından çıxartmamalıdırlar. Nişan üzüyü solə lə taxılmalıdır və həmin barmaqdan çıxan arteriya ürəyə gedir. Nişan üzüyü ona görə bəxt üzüyü olmalıdır ki, o, qadının ismətidir. Nişan üzüyü ömürlük olmalıdır. Hətta barmaqda üzük olanda bilinir ki, o şəxs nişanlı, yaxud evlidir. Mənim fikrimcə, nişan üzüyünü satmaq və dəyişmək olmaz. Nişan üzüyünün hədiyyə veriləcəyinə də inanmıram. Qədim zamanlardan üzük əbədi sevgi rəmzi olub. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir”.

Cəfər Mənsimli
/İctimai əlaqələr üzrə menecer/

“Məncə, insan müxtəlif situasiyyaları dəyərləndiməyi bacarmalıdır. Xüsusilə özümüzü başqasının yerinə qoymağı bacarmalıyıq. Əgər bu gün nəyisə kiminsə almağa imkanı çatmırsa, biz onu buna məcbur etməməliyik. Əslində bizim fikirimizdən çox cütlüyün məsələyə münasibəti önəmlidir. Əgər bunu qəbul edən varsa niyə də yox? Hər şeyin təzəsi daha xoşdur, təbii. Yoxdursa, nə etməli? Anlayış göstərməliyik. Ümumiyyətlə, istifadə edilmiş üzüyü istifadə etmək olmaz “qadağası”nı indi eşidirəm. Siz dedikdən sonra bunun səbəbləri haqqında düşünməyə başladım. Məncə, “qonşudan geri qalmamaq” və özünü başqasına göstərmək düşüncəsindən qaynaqlanır bu. Əslində belə bir məsələ də var. İnsan öz geyindiyi paltarı çox az hallarda başqasına verir. Verərkən də onu yanlış anlamayacağı birinə. Üzüyü də bu yanaşma ilə dəyərləndirmək olar. Yəni əsas sənin başa düşülməyindir. İstənilən halda cütlüyün seçimi önəmlidir. Mənə qalsa bunun mənim üçün fərqi yoxdur. Mənim üçün hədiyyənin hansı sevgi ilə verildiyi daha önəmlidir. Onun köhnə yaxud təzə olması deyil. Axı bəzən yeni olan nəyinsə ürəksiz verildiyinin də şahidi oluruq. Həm də “Bəy verən atın dişinə baxmazlar” fikiri burada da aktuallığını qoruyur, məncə. Amma bizdə üzüyün qiymətinə qədər maraqlanır, xeyli müzakirə edirlər… Hətta “Niyə nişan üzüyünü taxmamısan? kimi mübahisələrin də şahidi oluruq. Üzük həm də statusumuz haqqında da fikir ötürür. Status “Subay”lıqdan “evli”liyə doğru dəyişir. Ümumiyyətlə, məncə, nişan üzüyü simvolik nəsnədir. İnsanın ona yüklədiyi anlamlar onun dəyərini formalaşdırır. Əgər kimsə üzüyün dəyərini bəxtlə əlaqələndirirsə, üzük istifadə etməsinə rəğmən bəxtsiz olanları unutmasın. Sadəcə insan nəyəsə inamağa meyillidir. Yəni, əgər nəsə haqqında müsbət yaxud mənfi düşünürsə, şüuraltı təsir edir. Bəzən də insanı hansısa nəsnə yuxudan oyadır. Onu daha doğru yola yönləndirir. Əslində nişan üzüyü olmasa da olar. Ümumiyyətlə, gəlin düşünək. Nişan üzüyü xoşbəxtliyimizə nə dərəcə təsir edir? Elə insanlar var ki, onu almaq üçün borca razı olur. Lazımdırmı? Məncə, yox. Üzüksüz də eşq yaşanır… İsbatlanır. Üzüyün dəbdəbəli, bahalı olması xoşbəxtliyə təsir etmir axı… Etsə belə demək ki, xoşbəxtlik anlayışı daha fərqlidir… Nəsnələrlə məhdudlaşdırılıb… Deməli, nişan üzüyünün fəlsəfəsini, missiyasını dərk etməli, buna daha çox diqqət etməliyik. Həm də unutmayaq ki, köhnə nəyisə o cümlədən köhnə nişan üzüyünü də sevgimizlə yeniləyə bilərik. “Nişan üzüyü”nü marketoloqların “tələsi” də adlandırmaq olar. Əsas odur ki, insan öz sevgisini satmasın. Sevgisinə sadiq qalsın. Təbii mümkün qədər insan ona veriləni qoruyub saxlamalıdır. Həm də unutmayaq ki, bu dünyanın malı bu dünyada qalır. Gəlin, öz həyatımızı nəsnələrlə məhdudlaşdırmayaq. Həyatın dadını çıxaraq, həzz alaq”.

Ülviyyə Gülbabaqızı
«Bakı Xəbər» qəzetinin əməkdaşı

” Nişan üzüyü iki gəncin bir birinə qovuşması, ailə qurması adı ilə alınmış simvoldur. Ona görə başqa bir istifadə edilmiş üzüyün nişan üzüyü adı ilə verilməsi düzgün deyil. Məncə, nişan üzüyünü bəxt üzüyü kimidə adlandırmaq olar, çünki iki gənclərin bir birinə qovuşması, bir birinin bəxtinə çıxdıqlarına görə ilk üzükləri yəni nişan üzükləri bəxt üzüyü adlandırıla bilər. Nişan üzüyünü satmaq olmaz, bir tərəfdəndə fikirləşəndə bəzən məcburiyyətdən ehtiyac üzündən satanlarda olur. Hədiyyə vermək düzgün deyil amma nənə baba qocalıb hansısa sevdiyi nəvə nəticəsinə hədiyyə edə bilər, olarda evlənəndə sevdiklərinin barmaqlarına taxırlar yəni nəsildən nəsilə yadigar kimi ötürülür, bəzən belə hallarda çox olur”.

Sevda Əsgərova
/«Millətçilik» qəzetinin redaktoru/

“Əvvəllər nişan üzüyü kimi istifadə edilmiş üzük istifadə etmiş adamın energetikasını özünə çəkmiş olur. Onun yaşadığı xoş günlərlə bərabər, xəstəlik, acılı günlər, sıxıntısını və s. Də özünə götürür. Bu, tək üzüyə aid deyil. Geyim, aksessuara ə d. Əşyalara da aiddir. Buna baxmayaraq, Bəziləri anaslnın, ya nənəsinin nişan üzüyünü evlənəcəyi xanlma bağışlayır. Bu da nəsildən qalma adətdir. Amma çox yaxşı olardı ki, nişan üzüyü yeni alınmış olsun. Əvvəl kimsə istifadə etməsin. Nişan üzüyünü ona görə bəxt üzüyü adlandırlrlar ki, onu ailə quran cütlük taxlr. Subay adamlar taxmır. Ailə quranda da əhd peyman bağlanır və üzüklə nişan qoyulur ki, bu insan mənim bəxtimə çıxıb və üzük də nişan əlamətidir. İnancdan irəli gəlir nişan üzüyünün bəxt üzüyü olması. Həm də bu təkcə bizim millətdə deyil. Bütün millətlərdə belədir. Satmaq, dəyişmək və hədiyyə vermək məncə olmasa daha yaxşıdır. Amma görəndə ki, son ümid yerin onu satmaqdır ölüm dirim məsələsidir məcburən satmaq olar. Məcbur qaldıqda, yəni əlin hər şeydən üzüldükdə son çarə kimi. Qaldı ki dəyişmək qətiyyən olmaz mənim fikrimcə. Bağışlamağın da tərəfdarı deyiləm, ailə nəsil ənənələri istisna olmaqla”.

Şərafət Şəfa
/Jurnalist/

“Nişan üzüyü iki cütlüyü birləşdirən amildir. Yunan və misirlilərin adət-ənənələrinin rəmzi olaraq yaşadılır. İnanclar var ki, onlar insan həyatında, yaşamında mühüm rol oynayır. Əvvəllər istifadə edilmiş nişan üzüyü Tanrının verdiyi taleyə nə edə bilər ki? Nişan üzüyünü bəxt üzüyü hesab etmək məncə doğru deyil. Üzük metal, gümüş və ya qızıl parçası, evliliyə istinad edir. Bəxt üzüyü, sevdaların qovuşmasına görə adlanır, məncə. Nişan üzüyü bəzi hallarda ailə üzyü kimi də ötürülür. Mənəvi dəyəri olan üzüyü satmaq, dəyişmək, hədiyyə etmək ailənin təhqiri kimidi mənimçün. Amma adi bir nişan üzüyünü satmaq, dəyişmək və hədiyyə etmək yaranan mühitə görə dəyərləndirmək lazımdı. Məsələn, ana, əgər övladı acdısa o üzüyü satmaqdan çəkinməz..Deyirlər, eşq damarı adsız barmaqdan keçir. Üzük isə sonsuzluğa işarədir. Eşqlərin sonsuz, bitməz olması üçün bu qədər dəyərə malikdir. vallah, düzünü desəm, bu dövrdə nə müqəddəs sevgi var, nə sevgiyə inam nə də dediyiniz o inanclar. Üzük isə formal xarakter daşıyır. Heyif o sevgilərə… Kaş bu gün də o üzüyün müqəddəsliyi daşınardı ürəklərdə, ruhlarda…”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin