Yılmaz Özdil – QADIN (V)
Ümmügül
/Tərcümə: Rüfanə Günəş/
Qəzet ən qısa ömürlü məhsuldur. Ömrü çörəkdən də qısadır. Səhərin ilk işığında doğular, axşamı görmədən ölər. Ensklopediya deyil ki, alıb illərlə saxlayasan. Oxudun, qurtardı. Lap istəyirsən min səhifə et. Oxucunun sənə ayırdığı vaxt 20 dəqiqədir. Olsun lap 25.
Soruşursunuz ki, niyə qısa yazıram? Buna görə.
Uzun yazılar “yalançı dolma” kimidir. Oxuyarsan, oxuyarsan, içində bir qram ət yoxdur. Amma bəzən bir sual soruşarsan. Həyatın mənası ətə sümüyə bürünər.
Bu gün bu köşə yazısında belə bir sual var. Mənə aid deyil. Sizi bir ilə tanış edəcəyəm, o soruşacaq.
Adı Ümmügüldür. Yeddi yaşı var. Balıqəsir Burhaniyəlidir. Cümhuriyyət İbtiadi məktəbinin şagirdidir. Bu məktəbdə bir mülki müdafiə konfrans təşkil edildi. Zəlzələ olsa nə etməliyik mövzusunda idi.
Yekə-yekə mütəxəssislər gəlmişdi. Uşaqlar soruşacaqdı, mütəxəssislər cavablayacaqdı, doğruları öyrədəcəkdilər. Məqsəd bu idi.
Ümmügül barmağını qaldırdı və soruşdu:
– Zəlzələ olsa, kasıbları da qurtararlar?
Hələ o biri cümləyə keçməyin. Bir daha oxuyaq:
– Zəlzələ olsa, kasıbları da qurtararlar?
Zal səssizliyə büründü. Elə bil, tavan başlarına uçdu. Çünkü əslində həqiqət ağırdır.
Ətrafa diqqətlə baxırıq.
O partiya gəlir, bu partiya gedir. İndi adında “ədalət” olan bir partiya iqtidardadır. Amma ədalətsizlik hissi yeddi yaşındakı balalarımızın qəlbində də var.
Qəzetlər bunu yazmırsa.
Min səhifə olsalar, nə olacaq ki?
Ümmügül Turhan
Ümmügülə cavab vermədilər, cavabın yerinə məktəbin direktorunun otağına çağırıb, şokolad və yağlı boya verdilər. Akp dönəminin tipik yanaşmasıdır. Makaron verəndə, kömür verəndə, şokolad verəndə problemləri həll edirdilər.
Xəbər lenti
İsmayıl Osmanlı - 122
Həyatının sonuna qədər Milli Dram Teatrın işləyib