Azərbaycan Ordusunda da Milli Müdafiə Universitetinin yaradılması

11:06 25-05-2022 | icon 340 | Təhsil
Azərbaycan Ordusunda da Milli Müdafiə Universitetinin yaradılması

 

 

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.  Bu gün aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və hərbi təhsil sahəsinin daha da uğurlu inkişaf edəcəyi önə çəkilib.

 

 

Versus.az xəbər verir ki, bu barədə hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu bildirib.  Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin təhsil sisteminin bənzəri olaraq Azərbaycan Ordusunda da Milli Müdafiə Universitetinin yaradılması mövcud olan bütün xüsusi təyinatlı ali təhsil müəssisələrinin müasir standartlara gətirilməsini təmin edəcəkdir.

 

“Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı ali təhsil  sahəsində yeniliklərin tətbiq olunması Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların müvafiq elmi dərəcələr əldə etməsini və eyni şəkildə hərbi qulluqçu olmaq istəyən müdavim namizədlərin ordu sıralarında xidmət etməyə maraqlarını daha da stimullaşdıracaqdır”.

 

Hərbi təhlilçi bu mənada uzun illər hərbi təhsil sahəsində əhəmiyyətli təcrübəsi olan general-leytenant Heydər Piriyev cənablarının Milli Müdafiə Universitetinin rəhbəri təyin olunmasını da təqdirəlayiq hesab edib.

“Uzun illər Heydər Əliyev Adına Ali Hərbi Məktəbə və daha sonralar Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına rəhbərlik etmiş general-leytenant Heydər Piriyev müxtəlif dövrlərdə ordunun bünövrəsi sayılan təhsil ocaqlarının orduya rəhbərlik etmiş rusiyameyilli cinayətkar, dar təfəkkürlü şəxslərdən qorunmasında ciddi fədakarlıqlar etmiş biridir”.

 

A.A.İmamqulu hesab edir ki, ən çətin dövrlərdə belə milli təfəkkürlü gənc kadrların yetişməsində müstəsna rolu olan generalımızın xüsusi təyinatlı ali təhsil müəssisələrinə rəhbər olaraq təyin olunması heç şübhəsiz ki, öz töhfəsini verəcək. Hərbi təhlilçi, eyni zamanda qeyd edib ki, yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitutu, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi liseyi, Cəmşid Naxçıvanski adına hərbi liseyi və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş olaraq sürətlə inkişafına təkan verəcək.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu