Qarabağ Forumunun keçirilməsi barədə qərar qəbul edilib

12:30 22-11-2017 | icon 493 | Siyasət
Qarabağ Forumunun keçirilməsi barədə qərar qəbul edilib

“Hakimiyyətin indiki böhranlı vəziyyətdən çıxış üçün heç bir proqramı yoxdur”.

Versus.Az-ın məlumatına görə, bu fikirlər noyabrın 22-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağında səsləndirilib.

KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin iştirak etdikləri yığıncaqda Qarabağ problemi ətrafındakı kritik gəlişmələri nəzərə alan Əməkdaşlıq Mərkəzi növbəti Qarabağ Forumunun keçirilməsi barədə qərar qəbul edib.

Yığıncaqda eyni zamanda hökumətin yürütdüyü iqtisadi siyasət və 2018-ci ilin büdcə müzakirələri hakimiyyətin indiki böhranlı vəziyyətdən çıxış üçün heç bir proqramının olmadığını üzə çıxardığı bir daha qeyd olunub.

Əməkdaşlıq Mərkəzi müxalifətdaxili inteqrasiya cəhdlərini pozitiv qiymətləndirib və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR