"SƏS Media Qrupu ölkədə ilk internet televiziyalarının qurucularındandır"

00:43 12-01-2019 | icon 668 | KİV
"SƏS Media Qrupu ölkədə ilk internet televiziyalarının qurucularındandır"

 

“Səs” qəzetinin yaranması ölkəmizin müstəqilliyinin qazanılması uğrunda aparılan mübarizə illərinə təsadüf edir. Bu qəzet daim bu mübarizənin önündə olub, kollektivi ilə birlikdə müstəqilliyin həm qazanılmasında, həm də möhkəmləndirilməsində yaxından iştirak edib, şərəfli bir yol keçib”.

 

Versus.Az SİA-ya istinadən xəbər verir ki,bunu açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib:

 

“Səs” qəzetinin Azərbaycanda demokratik, plüralist cəmiyyətin qurulmasına böyük töhfələr verdiyini deyən M.Ələsgərli söyləyib ki, bu gün qəzet böyüyərək SƏS Media Qrupa çevrilib:

"Qəzet də daxil olmaqla media qrupu yenə də eyni yol və eyni xətdədir".

 

Mətbuat Şurasının sədr müavini vurğulayıb ki, “SƏS” qəzeti azsaylı KİV-lərdəndir ki, yaranışından bu günə qədər fasiləsiz fəaliyyətini təmin edib:

 

“28 il müddətində qəzet həm özü peşəkarlığını artırıb, həm də ölkəyə onlarla peşəkar media çalışanı bəxş edib. Söylədiyimiz kimi hazırda qəzetdə daxil olmaqla SƏS Media Qrupu formalaşıb ki, bu qrup məktəbə çevrilməyi bacarmış uğurlu layihələrdən biridir”.

 

M.Ələsgərli qeyd edib ki, texnoloji baxımdan daim inkişaf edən bu media qrupu ölkədə ilk internet televiziyalarının qurucularından biri kimi də yaddaşlarda qalıb:

 

“Bu gün ölkənin informasiya məkanının obyektiv, qərəzsiz və operativ informasiya təminatında mühüm rol oynayır. “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev başda olmaqla, bütün qəzet əməkdaşlarını və eləcə də media qrupda fəaliyyət göstərən həmkarları təbrik edir, müstəqil, güclü, demokratik, plüralist Azərbaycan uğrunda mübarizədə, obyektiv, qərəzsiz informasiya təminatında yeni nailiyyətlər arzulayıram”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI