Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

16:19 13-01-2019 | icon 1036 | Qarabağ
Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

 

Bu gün Azərbaycan Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günüdür.



Versus.Az-ın məlumatına görə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə yanvar ayının 13-də II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçirilib. Qəhrəmanın ailə üzvləri, onunla çiyin-çiyinə savaşmış döyüş yoldaşları İsrafil Şahverdiyevin məzarına gül dəstələri düzüblər.



Ziyarət iştirakçıları Milli Qəhrəmanın döyüş yolundan, onun torpaqlarımızın erməni işğalından müdafiəsində və azad olunmasında göstərdiyi şücaətdən danışıblar.



İsrafil Şahverdiyevin keçmiş döyüş yoldaşları, Laçın Rayon Polis Şöbəsinin rəisi olmuş polis polkovniki Akif Səlimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov, Laçın polis taborunun komandiri, polis mayoru Çingiz Abbasov İsrafil Şahverdiyevlə bağlı xatirələrini bölüşüblər. Onun əsl insan, komandir, döyüşçü kimi daim Azərbaycan hərbçisi, zabiti, komandiri üçün nümunə olacaq insani keyfiyyətləri xüsusi vurğulanıb, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.



İsrafil Şahverdiyevin 1991-ci ildə Qaladərəsi kəndinin ermənilərdən azad edilməsidə, Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə göstərdiyi şücaətdən və "Horadiz əməliyyatı"nda onun və rotasının keçdiyi şərəfli döyüş yolundan danışılıb. 



Anım tədbirində çıxış edən digər döyüş yoldaşları İsrafil Şahverdiyevin döyüş yolundan bir çox epizodları xatırlayaraq onun nə qədər güclü bir döyüşçü olmsı və bugünkü gənclər üçün böyük örnək olduğu vurğulanıb.



Xatırladaq ki,İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almış, 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.



Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdır. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük olmuşdur. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlanmış, gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkilmişdilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısı məhv edilmişdir.



6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmiş, əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada döyüşçü dostlarını xilas edən İsrafil həlak olmuşdur.

 



Ailəli idi, üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir.



Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.
Allah rəhmət eləsin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq