“Mine Mark” təşkilatının nümayəndə heyəti Ağdama gedəcək

18:28 13-06-2022 | icon 392 | Qarabağ
“Mine Mark” təşkilatının nümayəndə heyəti Ağdama gedəcək

Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən “Mine Mark” qeyri-hökumət təşkilatının nümayəndə heyəti Ağdam rayonuna səfər edəcək.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ölkəmizə səfərə gələn nümayəndə heyəti 30 ilə yaxın işğal dövründə ermənilərin Ağdam rayonunda törətdikləri misli görünməmiş dağıntıların miqyası ilə tanış olacaq, Ağdam rayon 14 nömrəli Texniki Fənlər Təmayüllü məktəb-liseydə mina təhlükəsizliyi ilə bağlı şagirdlərə təlim keçəcək.

 

Xatırladaq ki, “Mine Mark” təşkilatının nümayəndə heyəti 25 aprel 2019-cu ildə Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində şagirdlər üçün maarifləndirici tədbir keçirib. Şagirdlərə tərkibində fərqli tipli minaların şəkilləri olan kitablar, broşürlar paylanılıb, əyləncəli oyunlar təşkil edilib.

 

Qeyd edək ki, “Mine Mark” qeyri-hökumət təşkilatı 2018-ci ildə Niderland Krallığında qeydiyyata alınıb. Bu təşkilatın təsisçiləri Lalə Mustafazadə və Nils Hegeldir. Mina təhlükəsizliyi ilə bağlı uşaqları maarifləndirmək məqsədilə yaradılan təşkilat BMT-nin Minatəmizləmə Xidmətinin təlimatları əsasında tədris vəsaitləri (kitablar, videotəlimatlar, maarifləndirici cizgi filmləri və oyunlar) hazırlayır. Hazırda təşkilat mina təhlükəsizliyi üzrə virtual oyun tətbiqi yaradıb və daha böyük uşaq auditoriyasını əhatə etməyi planlaşdırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Parataekvondoçumuz Avropa çempionu oldu

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

"Ulu öndərin işığında" - TƏQDİMAT