Səmra Dubay istirahətindən DANIŞDI

14:15 16-06-2022 | icon 526 | Şou-biznes
Səmra Dubay istirahətindən DANIŞDI

“Məndə hər şey birdən-birə olur”

 

Bir müddətdir Dubayda istirahətdə olan və paylaşımları ilə tez-tez gündəm olan müğənni Səmra Rəhimli danışıb. 

 

Müğənni vətənə qayıdan kimi minifutbol üzrə milli komandamızın çempion olması münasibətilə keçirilən konsert proqramında iştirak edib. 

 

“Dubayda idim, istirahətim əla keçdi. Bu gün gəlmişəm və burdayam. Növbəti dəfə hansı ölkəyə gedəcəyim isə bəlli deyil, məndə hər şey birdən-birə, ani olur. Birdən deyirəm ki, harasa getməliyəm, uzaqlaşmalıyam burdan və gedirəm. Şəxsi həyat barədə isə danışmaq istəmirəm, karyera, karyera və yenə karyera. Bu gün burada olmaq çox qürur vericidir.  Azərbaycan minifutbol üzrə çempion olub. Özümün də idmana marağım var, fitnes ilə məşğul oluram. Bütün idman növləri gözəldir, bu ilk öncə sağlamlıqdır”.

 

Xalq artisti Miri Yusif də konsertdə çıxış edənlər arasında olub. İfaçı açıqlamasında “ruh əkizləri” ilə bir araya gəldiyi üçün məmnunluğunu bildirib:

 

 

“Maşallah olsun, hər zamanki kimi ruh əkizlərim çox fəaldırlar, var olsunlar. Sözün düzü, futbolu o qədər də izləmirəm. Ancaq Azərbaycan idman yarışlarını izləyib məlumatlı olmağa çalışıram. Var olsun komanda iştirakçılarımız, onlara yalnız alqış düşür”.

 

Xalq artisti Zülfiyyə Xanbabayeva da ifaları ilə həm milli komandamıza, həm də sevənlərinə xoş dəqiqələr yaşadıb. Xanbabayeva açıqlamasında komanda ilə qürurlandığını və uğurların davamının gəlməsini dilədiyini vurğulayıb.

 

Qeyd edək ki, Slovakiyada keçirilmiş Avropa çempionatında minifutbol üzrə milli komandamız qalib gəlib. Bu münasibətlə isə bu gün Bakıda bulvar ərazisində konsert proqramı təşkil olunub. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI