“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb” - Paşinyan

07:58 16-06-2022 | icon 505 | Qarabağ
“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb” - Paşinyan

 

 

“Ermənistanın ikinci prezidenti Robert Koçaryan və üçüncü prezident Serj Sarkisyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”.

 

 

Versus.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

 

 

Paşinyan bildirib ki, danışıqlar prosesi ərzində Koçaryan və Sarkisyan Qarabağ barədə “heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar.

 

Baş nazir buna sübut olaraq 1998-ci ildə Koçaryanın ATƏT-in Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib. Həmin sənəddə Qarabağın Azərbaycanla birlikdə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi qeyd olunub. Sənəddə,

həmçinin Qarabağ sakinlərinin Azərbaycan vətəndaşı pasportu alacaqları vurğulanıb.

 

“Bundan Koçaryan, Sarkisyan və Daşnaksütyun partiyasının xəbəri var idi”, - deyən Paşinyan sabiq prezidentlərin Qarabağın Azərbaycanın bir hissəsi olması məntiqi ilə razılaşdığını söyləyib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi