Prezident Zəngəzur dəhlizi və Laçın yolundan DANIŞDI

11:08 16-06-2022 | icon 560 | Qarabağ
Prezident Zəngəzur dəhlizi və Laçın yolundan DANIŞDI

“Biz gözləyirik ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarına riayət etsin”.

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

 

İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyanın açılması məsələsinə hörmətlə yanaşmalıdır:

 

“10 noyabr bəyanatının – Ermənistanın kapitulyasiya aktını imzalamasından il yarım vaxt keçsə də, bu keçid hələ də yoxdur. Bu, qəbuledilməzdir. Bu, Ermənistan tərəfindən 10 noyabr bəyanatının pozulmasıdır”.

 

İlham Əliyev deyib ki, Azərbaycan 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra edir:

 

“Ermənistan bir il yarımdır ki, Laçın yolundan istifadə edir. Bununla da Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhali ilə əlaqə təmin edilir. Ancaq Ermənistan ərazisi vasitəsilə - Zəngəzur dəhlizi ilə Naxçıvanla əlaqə yaradılmayıb. Bu, ədalətli deyil və bununla razılaşmırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi