Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb?

13:56 20-06-2022 | icon 501 | Hadisə
Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb?

Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması isə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Versus.az xəbər verir ki, bunu BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

 

Onun sözlərinə görə, turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir.

 

"Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb", - deyə M.Məsimov bildirib.

 

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

 

Turistin axtarışlarına Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturlarının əməkdaşlarından ibarət ümumilikdə 11 qrup, eləcə də dronlar cəlb olunub. Həmçinin, ərazini tanıyan yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq