"Ermənistanın sərhəddə törətdiyi təxribat siyasi iradə ilə bağlıdır"

17:27 22-06-2022 | icon 446 | Qarabağ
"Ermənistanın sərhəddə törətdiyi təxribat siyasi iradə ilə bağlıdır"

 

 

 

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutur.

 

 

Ermənistan niyə atəşkəsi pozur, əgər gəlmirsə hansı addımlar atılmalıdır?

 

 

Versus.az xəbər verir ki, bu barədə açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ermənistan hakimiyyəti ona təklif olunan 5 baza prinsipini qəbul etdiyi görüntüsünü yaratsa da, sərhəddə atəşkəsi pozmaqla prosesi pozmağa çalışır.  Onun fikrincə, əslində Ermənistanın sərhəddə törətdiyi təxribat siyasi iradə ilə bağlıdır.

Hərbi ekspert belə təxribatların Azərbaycanla-Ermənistan arasında sərhədlərin delimitasiya və demorkasiyası, sülh sazişinin bağlanmsı ilə aparılan danışıqlar ərəfəsində daa da inbtensiv xarakter almasını təsadüfi saymayıb.

 

 

“Ermənistanın Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonlarındakı təmas xəttində olan korpus komandirləri siyasi tapşırıqları yerinə yetirir. Siyasi tapşırıq ondan ibarətdir ki, atşkəs rejiminə əməl olunmalıdır. Əgər etmirlərsə, ya siyasi tapşırıq verilməyib, ya da komandilər özləri bunu bunu sabotə edirlər. Burda vəziyyəti gəginləşdirənlər, Köçəryan, Sarkisyan dövründən polkovnik, general səviyyəsinə gəlib çatmış adamlardır və onlar revanşistlərin ideyalarını sülhə gəlmə prosesində sürəci sabotə etməklə vəziyyəti immitasiya edirlər”.

 

E.Şıxəliyev hesab edir ki, bu cür hallar Azərbaycan tərəfini narahat etməyə bilməz.

“Azərbaycan biganə qalmır, atlan hər atəşin cavabı verilir. Ermənistanın atəşkəsi pozması onların özləri üçün ağır olur. Ermənistan ya 5 şərtə əsasən hərəkət etməlidirlər, ya da siyasi danışıqların dalana dirəndiyini elan etməlidirlər.  Bu Azərbaycanın konkret öz yolunu bilməsi üçün lazımdır. Biz bilməliyik ki, ya sülh yolu ilə danışıqlara davam edəcəyik, yaxud danışıqlar dalana dirənibsə hərbi kriz yoluna keçilə bilər. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirsə, Zəngəzur məsələsi Azərbaycan üçün hərbi prioritet olaraq qarşıya qoyula bilər. Atəşkəsin pozulması Zəngəzur, sərhəd bölgəsidəki əraziləri təhlükə altına alır. Delimitasiya -demorkasiya prosesi başlamalıdır ki, prosesər siyasi yöndə həll edilsin. Əks halda hərbi kriz gündəmə çıxa bilər”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Parataekvondoçumuz Avropa çempionu oldu

"Ulu öndərin işığında" - TƏQDİMAT

Aygün "Xarıbülbül" festivalının bağlanışında...