Radikallar məğlub oldu - sülh prosesi irəli gedəcəkmi?

10:50 24-06-2022 | icon 481 | Qarabağ
Radikallar məğlub oldu - sülh prosesi irəli gedəcəkmi?

 

 

 

Apreldən bu yana İrəvanda müxtəlif küçə və meydanlarda etiraz aksiyaları keçirən müxalifət iyunun 14-də “Fransa meydanı”nda qurulmuş çadırları sökərək faktiki məqsədlərinə çata bilmədiklərini etiraf etdilər. Paşinyanın tərəfdarları isə bildirdilər ki, etiraz hərəkatının dayandırılması müxalifətin tələblərinin Ermənistan cəmiyyətində geniş dəstək qazanmadığını göstərir. Bu məyusluq parlament müxalifətinə də sirayət etməkdədir.

 

 

Məlumdur ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deputat mandatından istefa verməklə bağlı ölkə parlamentinin sədri Alen Simonyana ərizə təqdim edib. Vanetsyan sədri olduğu parlament partiyasının 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı seçicilərin onlara göstərdiyi etimadı doğrultmadığını əsas gətirərək deputat mandatından imtina barədə Mərkəzi Seçki Komissiyasına da ərizə ilə müraciət etdiyini bildirib. Vanetsyan qanunverici orqanın sədrinə ərizə təqdim etdikdən sonra bir həftə ərzində ərizəsini geri götürməsə, səlahiyyətlərinə xitam veriləcək. Vanetsyan isə bildirib ki, artıq özünü indiki parlamentdə görmür: “Ermənistan vətəndaşları bu hakimiyyətin dağıdıcı fəaliyyətinin qarşısını almaq və ölkəni fəlakətdən çıxarmaq üçün bizə səs verdi. Lakin məncə, bu parlament məqsədə çatmaq üçün effektiv platforma ola bilmədi”. Bundan başqa, “Hayreniq” partiyası ölkə parlamentindəki Ermənistan Respublikaçılar Partiyası ilə birgə yaratdığı “Şərəf duyuram” blokunda fəaliyyətini de-fakto olaraq dayandırır. 

 

Qeyd edək ki, Nikol Paşinyan iki gün əvvəl Rusiyanın baş naziri Mixail Mişustinlə və baş nazirin müavini Aleksey Overçukla görüşdə “Ümid edirəm ki, görülən işlər konkret qərarların qəbulu ilə nəticələnəcək, proses sürətlənəcək. Çünki bilirsiniz ki, regionda iqtisadi və nəqliyyat infrastrukturunun açılması bütün region ölkələri üçün vacibdir. İndiki vəziyyətdə bu xüsusi əhəmiyyət kəsb edir” deyib. 

Bəs Ermənistanın siyasi meydanında bundan sonra nə baş verəcək? Müxalifətin geri çəkilməsi Ermənistanda daxili siyasi vəziyyəti sabitləşdirəcəkmi? Əsas sual: baş nazir Paşinyan “rahat nəfəs alıb”, sülh prosesini irəli apara biləcəkmi?

Əli Orucov: “Hər cür zorakılıqların və şiddətin qəti əleyhinəyəm”

 

Siyasi şərhçi Əli Orucov bildirib ki, Ermənistanda revanşist qüvvələrin sırasından ağ bayraq qaldıranlar olsa da daxili gərginliyin tam aradan qalxması gözlənilmir. Nikol Paşinyana təzyiq davam edəcək. Çünki proses Rusiyadan və Qərbdəki erməni diasporası tərəfindən idarə olunur: “Paşinyan delimitasiya və demarkasiya prosesinin başlanması və mümkün qədər məsələnin həllini tapmasında maraqlı görünsə də Zəngəzur dəhlizinin açılmasına mane olan mövqe ortaya qoyur. Yəni Nikol Paşinyan konkret addımlar atmır, sadəcə, vaxt uzatmaqla məşğuldur. Erməni baş nazir təkcə revanşist qüvvələrdən deyil, eyni zamanda xaricdəki güclü erməni diasporundan çəkinir. Eyni zamanda Rusiya faktoru ortadadır. Moskva Paşinyana sülh sazişini imzalamaq üçün yaşıl işıq yandırmayınca bütün revanşist qüvvələr meydandan çəkilsə, heç bir aksiyalar olmasa belə Paşinyan sülh istiqamətində real qəti addım atmayacaq. Yenə də hansısa bəhanələrlə prosesi uzatmaq yolunu seçəcək. Birdəfəlik bilmək lazımdır ki, Ermənistan hakimiyyətinin sülh prosesində irəli getməməsi, məsələnin bəhanələrlə uzadılması xətti götürməsi təkcə Ermənistanın daxilindəki müxalifətdən, revanşist qüvvələrdən qorxmaqla əlaqəli deyil. Rusiya Paşinyana ”dəhlizi aç, sərhəd razılaşmalarına get, sülh sazişinə imza at" kimi icazə xarakterli göstərişi versə, revanşist müxalifətin nə etməsindən asılı olmayaraq Paşinyan bu addımlara gedəcək. Əks halda, müxalifət hətta ölkədən köçüb getsə də Ermənistan hakimiyyəti sülh üçün real addımlar atmayacaq".

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"

 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov deyir ki, Paşinyan daxili siyasətdə Köçəryan və Serj Sərkisyan qədər qəddarlaşıb. Müxalifətin aksiyalarına müəyyən səngimələrdə Paşinyanın sərt addımlara getməsi də rol oynayıb. Erməni müxalifəti payıza qədər müəyyən pauza götürməyə məcbur qalıb. Eyni zamanda bu aksiyalara xalqın qatılımı çox zəif olduğu üçün artıq bəzi müxalifət qüvvələri və liderləri tamamilə kənara çəkildiklərini elan etdilər: “Məsələnin başqa tərəfi odur ki, Rusiyaya Paşinyanı Brüsselin istəyi ilə Azərbaycanla sülh sazişi istiqamətində atmaq istədiyi addımlardan çəkindirmək üçün Ermənistan daxilində revanşist qüvvələrin mitinqləri lazım idi. Rusiya bu mitinqlər vasitəsilə istəyinə ən azı bir müddətliyinə nail ola bildi. Paşinyan Brüssel formatının prosesi irəliyə aparmasını tormozlamağa başladı. Paşinyan Moskvanın mesajını başa düşdü. Ona görə də indi hansısa müxalifət qüvvələrinin meydanlardan çəkilməsi baş nazirin əl-qolunun tam açılması və sülh sazişi istiqamətində qəti addım atmasına gətirib çıxarmayacaq. Ancaq Paşinyan unutmamalıdır ki, Azərbaycanın səbrinin də bir limiti var.  Ermənistan Zəngəzur dəhlizinin açılması işini ləngitməməli, sərhədlərin delimitasiyası və demarkasiyası işini sürətləndirməlidir. Müxtəlif bəhanələrlə bu məsələləri uzatmaq Ermənistanın çox ciddi ziyanına olacaq, Azərbaycan Fərrux əməliyyatı kimi növbəti əməliyyatlara əl atmaq imkanını özündə saxlayır”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi