Sülhməramlıların Xankəndinin adını silib “stepanakert” yazması oyunu -məqsəd nədir?

13:19 21-06-2022 | icon 402 | Qarabağ
Sülhməramlıların Xankəndinin adını silib “stepanakert” yazması oyunu -məqsəd nədir?

 

 

 

20 -21 iyun tarixlərində Rusiya sülhməramlılarının nəzarət zonasını əks etdirən xəritədən Xankəndinin adı silindi və 2 gün sonra yenə “stepanakert” yazıldı. Sülhməramlıların Qarabağda başlatdığı bu cür oyunlar ekspertlər tərəfindən növbəti təxribat kimi dəyərləndirilib.

 

Versus.az xəbər verir ki, hərbi ekspert Emin Həsənli açıqlamasında bildirib ki, bu yolverilməz haldır.  Onun sözlərinə görə, Azərbaycan digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı kimi, hər kəs də Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

 

“Rus sülhməramlıların Qarabağdakı bu kimi davranışları Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik sənədinə ziddir və münasibətləri ruhuna mənfi təsir göstərir.  Belə xəritəni tərtib edən şəxslər cəzalanmalı, ölkəmizdən üzr istəməli və bu səhvlər aradan qaldırılmalıdır. İmzalanan bəyanatlara, müqavilələrə, hər kəs o cümlədən də, vasitəçi kimi Rusiya da öz üzərinə götürdüyü öhtəlikləri düzgün yerinə yetirməlidir”.

 

 

E.Həsənli Xankəndini “stepanakert” adlandıranlara bir daha xatırladıb ki,  Xankəndi  Azərbaycanın ərazi vahidiə daxil olan şəhərdir və dövlətimiz onun adını Xankəndi adlandırıb.

 

“Rusiya öz ərazisində istəyi əraziyə Sankt-Peterburq, istədiyi əraziyə Moskva ad verdiyi kimi  Azərbycan dövlətinin də öz şəhərlərinə ad vermək, dəyişdirməsi birbşa özünün səlahiyyətindədir. Rusiya Azərbaycanın ərazi bütövlüyünə və qəbul etdiyi qərarlara hörmət etməlidir”.

 Hərbi ekspert Elxan Şıxaliyev açıqlamasında bildirib ki, Rusiya Baş Qərargahında, xüsusən də cənub ordu dairəsinə aid olan sülhməramlıların qərargahındakı xəritələr  əslində gündəlik dəyşməz və oradakı yer adları əllə yazılmaz. Onun sözlərinə görə, Baş Qərargahda olan kartoqrafik xəritələrdə artıq yaşayış məntəqələrinin adları xəritələr üzərində  yazılmış olur, yəni onlar hər dəfə bu xəritələri yenidən çap edib, ad dəyişdirmirlər.

 

“Xüsusən 50-100 minlik miqyasda işlənilən xəritələr “Qlobal Pazişin” sistemində yaşayış məntəqələrinin adları ilə tanınır. Çünki yaşayış evlərinin adları əsasən lokasiya ilə bağlı olur. Burda  Rusiyanın o xəritələr üzərində ad dəyişməsi Qarabağ üzərində əldə olunan üçtərəfli bəyanatın dəyişməsinə təsir etmir. Yəni adın nə yazılmasının siyasi- hərbi tapşırıqlara dəlalət etmir. Və dəyişikliyin edilməsi də  heç bir ciddi mesajdan xəbər  vermir. Bu texniki məsələlərdir. Bu bizə veiləcək mesaj deyil”.

 

E.Şıxəliyev hesab edir ki, Qarabağda üçtərəfli sazişlə bağlı öhtəliklər yerinə yetirilmədiyi təqdirdə burda zaman-zaman yanlışlıqlar ola bilər. Ona görə də, E.Şıxəliyev hesab edir ki,  sülhməramlıların xəritədə nə yazması bizi narahat etməməlidir.

“Bizi  sülhməramlıların üçərəfli sazişi nə dərəcədə yerinə yetirib -yetirməməsi narahat etməlidir. Sülhməramlıların burda 3 il vaxtları qalıb. Ona görədə çalışırlar ki, bacardıqları qədər öz missiyalarını yerinə yetirsinlər. Burda Ukrayna- Rusiya müharibəsi fonunda ermənilərin də ssenariləşdirdiyi məsələlər ola bilər. Ermənilər bu prosesdə bizi Rusiya ilə üz -üzə qoyub konflikt yaratmağa çalışırlar ki, sonradan bizi müttəfiqlik bəyanatına dair şərtlərə əməl etməməkdə günahkar bilib, mediada servis eləsinlər”.

 

Hərbi ekspert hesab edir ki, mediada gedən xəritə dəyişməsi, yaxud başqa təbliğati müharibə hazırki real vəziyətə təsir edə bilməz.

“Eləcə də söz oyunu, xəritə oyunu” ciddi hərbi tapşırıqlara təsir edə bilməz. Qarabağda sülhməramlılarla təmasda olan Azərbaycan silahlı qüvvələri bütün prosesə nəzarət edirlər. Gündəmi bizim silahlı qüvvələrin məsudları idarə edir.

Ona görə də biz Rusiya sülhməramlılarının, yaxud bu prosesdə informasiya müharibəsi aparan ermənilərin ad “dəyişmə, medal vermə” oyunlarından narahat olmalı deyilik. Bunu bilməliyik bu gün narahat olan tərəf varsa, o da Rusiya ilə Ermənistan tərəfi olmalıdır.

 

T.Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi