"Bu gün ordu xalq, ordu-prezident  Ali baş Komandan həmrəylii var"

21:42 26-06-2022 | icon 579 | Qarabağ
"Bu gün ordu xalq, ordu-prezident  Ali baş Komandan həmrəylii var"

 

 

Bu gün Azərbaycan Silahlı Qüvvələr günüdür. Bu gün  Azərbaycanın hərbi qüdrəti 44 günlük Vətən müharibəsi kontekstində bir daha təhlil olunur, öyrənilir.

 

Vətən müharibəsində Qələbəni şərtləndirən amillər nə idi və  bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Ali Baş Komandan hansı ideyanı ordaya qoydu?  

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Emin Həsənli maraqlı məqamlara diqqət çəkib. O, hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsaitin nəzərdə tutulması, ölkənin müdafiə sənayesinin yaradılması,  ordunun ən müasir silahlarla təchiz edilməi və sair məsələlərlə bağlı mühüm məqamlara diqqət çəkib.

 

 

E.Həsənli Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə diqqət çəkib.

 

“Müstəqil dövlətin yaşaması, var olması üçün ilk növbədə onun güclü ordusu, silahlı qüvvələri olmalıdır.  Hər bir dövlətin müstəqilliynin təminatçısı onun öz silahlı qüvvləridir. Şükürlər olsun ki, Azərbaycanın güclü ordusu var və dünya orduları sırasında öz yerini tutub” .

 

E.Həsənli Ordunun güclü olması üçün bir neçə şərtin vacib olduğunu qeyd edib. O, burda əsas şərtlərdən biri kimi güclü ordu və onun iqtisadi əsaslarını qeyd edib.

 

“Ordu saxlamaq hər dövlətin qüdrətində deyil. O dövlətlərin güclü ordusu olur ki, onların iqtisadi potensialı güclü olur. Müstəqil siyasət yürütmək üçün güclü iqtisadiyyata malik olmaq lazımdır. Müstəqil enerji siyasətin olmalıdır, güclü iqtisadiyyatın və vətənpərvər gənclik olmalıdır.  Savadlı, bilikli kadrların olmalıdır. Şükürlər olsun ki, bu gün Azərbaycan silahlı qüvvələrinin hərbi ali məktəbləri, hərbi akademiyası, təlim-tədris mərkəzi var.  Dünyanın ən qabaqcıl məktəblərində Azərbaycan gəncləri təhsil alıblar. Azərbaycanın hərbi məktəbləri dünya standartlarına uyğundur. Özümüz silah istehsal edirik. Çox mühüm məsələdir ki, dövlət özü -öz ordsunu silahla təmin etsin. Hər il Azərbaycan dövləti öz ordusunun silahla  təmin edilməsinə, təlim keçməsinə xüsusi önəm verir.  Ordunun hazırlığı yüksək səviyyədədir. İldə bir neçə dəfə fərdi hazırlıqdan tutmuş, yüksək səviyyəli bölüklərin, bölmələrin, hərbi hissələrin, müxtəlif qoşun hissələrinin  təlim keçməsinə xüsusi önəm veririk. Bu, xüsusən qardaş Türkiyə dövləti ilə bir yerdə həyata keçirilir. Ölkənin hərbi büdcəsi hər il artır”.

 

E.Həsənli qeyd edib ki, əgər ulu öndər vahid komandanlığa əsaslanan nizami ordu yaratmışdısa, cənab prezident bu ordunu peşəkarlaşdırdı və müasir standartlara uyğunlaşdırdı, onun silah-sursatını maddi-texniki bazasını yüksəltdi və Azərbaycanın hərbi büdcəsi  Ermənistanın dövlət büdcəsindən dəfələrlə artıq oldu. 

 

“işğaldan azad edilmiş ərazilərdə ilk tikilən obyektlər hərbi hissələrimizdir. Bu belə də olmalıdır. Hərbi şəhərciklərimiz bizdə fəxarət hissi yaradır”.

 

Hərbi ekspert cənab Prezidentin silahlı qüvvələrdə apardığı islahatlaran biri kimi 2012 -ci il 13 fevralda Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yaradılmasını qeyd edib.

 

 

“Azərbaycanda səfərbərlik xidməti formalaşdı. Günün müasir formalarına uyğun olaraq elə bir səfərbərlik sistemi quruldu ki, biz 44 günlük müharibədə bunu gördük.  Azərbaycan xalqının nə qədər vətənpərvər olduğu, gənclərin böyük ruhla döyüşə getmək istəyi özünü göstərdi. Səfərbərlik xidməti gəncləri peşəkarcasına təşkil edərək döyüşlərə apardı. Nəqiyyat vasitələri ilə silahlı qüvvələrimizi təmin etdi. Çağrı sistemində şəffaflıq təmin edildi. Bu ün orduya inam artıb. Bu gün ordu xalq, ordu-prezident  Ali baş Komandan həmrəylii var və bu həmrəylik gücü istənilən tapşırığı yerinə yetirməyə  qadirdir. 44 günlük müharibədə Azərbaycan ordusu bötük bir dastan yazdı.Və bu Azərbaycan xalqının güclü, vətənpərvər, ordumuzun peşəkar olduğunu göstərdi. Bu gün Ordumuzu, hər kəsi təbrik edirəm. Bu gün xalq bayramıdır”.

 

T.Qafarlı

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

"Ulu öndərin işığında" - TƏQDİMAT

Parataekvondoçumuz Avropa çempionu oldu

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ