"Onlar gülərək şəhid olurdular" - FOTO

10:40 27-06-2022 | icon 920 | Şəhidlər və şahidlər
"Onlar gülərək şəhid olurdular" - FOTO

Qismət Əliyev: "Biz sadəcə üzərimizə düşən işi gördük"

 


Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, gizir Əliyev Qismət Nəsib oğlu 8 may 1998-ci ildə Yardımlı rayonunun Gərsəva kəndində anadan olub. Orta təhsilini Yardımlı rayon Şəfəqli kənd şəhid Səyyar Aslanoğlu Şabiyev adına məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşür. Uşaqlıqdan hərb sahəsinə, Xüsusi Təyinatlı Qüvvələrə olan sevgisi onun bu dəstəyə qoşulmasına səbəb olub.

 


Qazimiz 2016-2017-ci ildə Beyləqan rayonunda N saylı hərbi hissədə xidmət keçib, 2017-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılmışdır. Müddətdən Artıq Həqiqi Hərbi Xidmət edən Hərbi Qulluqçu kimi
Cəlilabadda N saylı hərbi hissədə xidmətə başlayıb və müharibəyə qədər bir çox hərbi təlimləri uğurla başa vurub. Xüsusi təyinatlı qüvvələrin mənsubu Əliyev Qismət Nəsib oğlu İkinci Qarabağ müharibəsi başlayanda elə ilk gündən döyüşlərə qatılıb. Qazimiz sentyabrın 27-dən başlayan döyüşlərdə ilk dörd gün Kəlbəcər, sonra isə Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Qazimiz deyir ki, o Xüsuzi Təyinatlı Qüvvələrə sevərək gedib:

 

"Uşaqlıqda məndən böyük qohumlarım - əmim oğlu, xalam oğlu və başqaları "Yaşma"dan danışanda mənə maraqlı gəlirdi və öz-özümə deyirdim ki, mütləq mən də ora getməliyəm. Əsgəri xidmətimə sevinərək getdim. Bilirdim ki "Yaşma"nın tarixi var. Onun düşməni lərzəyə gətirən adı var".

 

O günləri xatırlayan Qismət Əliyevin söhbətlərində hadisələri onunla birgə yaşamamaq olmur. O, dəstəsi ilə birlikdə Zəngilan istiqamətində gedən döyüşlərdə səhərə yaxın pusquya düşməsini belə danışır:

 

"Bizə ölüm mələkləri deyirdilər. Dəstə komandirimiz polkovnik leytenant Bağırovun şüarı idi - ÖLÜM MƏLƏKLƏRİ. Düzdür, ilk başda Kəlbəcər istiqamətində düşmənlə döyüşəndə bir az çətinliyimiz oldu. O da su sarıdan idi. Çünki düşmən çayın kənarını minalamışdı. O sahəni düşməndən və minadan təmizləyəndən sonra təminat rahat gəlirdi. İlk vaxtlar çətin olsa da, sonradan hər şey yoluna düşdü. Biz 40 nəfər şəxsi heyətlə döyüşə girmişdik, üzərimizə gələn düşmənin sayı isə 200-dən çox idi. Həmin döyüşlərdə şəhidlərimiz də oldu. Amma onlar hər biri gülərək şəhid olurdular. Biz isə daha da irəli gedib onların qisasını almağa can atırdıq. Döyüş yoldaşlarım Əlmuradov Orxan, Cəfərov Vüqar, Süleymanov Rauf, Qurbanov Rəcəb, Kazımov Kamran,  Mustafayev Nicat - hamısı eyni gündə şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların qisası alındı. Düşmən qorxaqcasına səngəri, silahı yerə qoyub üzbəüz döyüşdən qaçmağa çalışırdı...

Biz sadəcə üzərimizə düşən işi gördük".

 

Qazimiz danışır ki, oktyabrın 10-da düşmən pusqusuna düşüblər:

 

"Kənardan kəşfiyyatçıları vardı. Pusquya düşəndə də döyüş yoldaşlarımdan Üsüfov Şəhadət qucağımda şəhid oldu. Mən isə düşmənin snayperdən açdığı güllə ilə 3 yerdən yaralandım. Yaralanmağıma baxmayaraq həmin yerdə 2 saat döyüş davam etdi. Biz çox çətin yerdə, dağın başında idik. Düşmən məhv edildikdən sonra təxliyyə gəldi və məni ilk öncə Füzuli, daha sonra Mingəçevir hospitalına apardılar".

 

Qazimiz Gəncə və Bakıda da müalicə alıb, həmçinin qardaş, dost ölkə Türkiyədə də müalicəsini davam etdirib. Şükürlər olsun ki, bu gün o ayaq üstdədir.


Qismət Əliyev döyüşdə göstərdiyi şücaətə görə Ali baş komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

P.S. Allahdan qazimiz XTQ mənsubu gizir Əliyev Qismət Nəsib oğlunun simasında bütün qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirik. Zəfər üçün minnətdarıq!

 

Fərid Zülfüqarov
/Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin I kurs tələbəsi/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Parataekvondoçumuz Avropa çempionu oldu

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Aygün "Xarıbülbül" festivalının bağlanışında...