Bu Akademiyaya mtahansız qəbul mümkündür?

10:40 30-06-2022 | icon 469 | Təhsil
Bu Akademiyaya mtahansız qəbul mümkündür?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) sosial şəbəkələrdə tələbə qəbulu ilə bağlı yayılan elanlarla əlaqədar açıqlama yayıb.

 

Açıqlamada deyilir ki, son günlər “TikTok” və digər sosial şəbəkələrdə Akademiyaya imtahansız qəbul haqqında elanlar paylaşılır.

 

“Bu elanlar tamamilə saxtadır və qəbul Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qərara əsasən, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına uyğun aparılır.

 

Hazırda ali təhsil müəssisələrinə qəbul dövrüdür. Belə həssas vaxtda həm abituriyentləri, həm də onların yaxınlarını bu cür saxta elanlara inanmamağa çağırırıq.

 

Eyni zamanda belə elanların müəlliflərini xəbərdar edirik ki, bu əməllərini davam etdirdikləri təqdirdə hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciət olunacaq.

 

ADDA haqqında www.adda.edu.az, qəbul qaydaları haqqında ətraflı məlumatı www.dim.gov.az saytından almaq mümkündür”, - deyə açıqlamada qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

İpotekaya xitam verilən hallar genişləndi

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir