Çay hansı xəstəliklərə dərmandır?

16:27 15-01-2019 | icon 513 | Maraqlı
Çay hansı xəstəliklərə dərmandır?

 

Tərkibində güçlü antioksidantlar olan çay xolesterolu azaldır, ürək, diabet və şəkər kimi xəstəliklərə qarşı qoruyucu qüvvəyə malikdir. Bu xüsusiyyətlərindən faydalanmaq üçün çay şəkərsiz içilməli, içildikdən sonra isə üstündən su qəbul edilməlidir. 

 

Ölkəmizdə çay çox istifadə edilir. Mütəxəssislər bildirirlər ki, çay düzgün qəbul edilmədikdə faydalı deyil, əksinə daha da zərərli bir içkiyə çevrilə bilər. 

Versus.Az medicina.az-a istinadən çayın düzgün qəbul edilməsi haqda bir sıra məlumatları təqdim edir. 

Çay, nevroloji xəstəlikləri aradan qaldırmaq, o cümlədən, piylənmə, ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet, ağciyər, dəri, süd vəzi, prostat, yumurtalıq, ağız və düz bağırsaq kimi xərçəng növlərindən qorunmaq üçün çox faydalıdır. 

Avropa Qida Təhlükəsizliyi Təşkilatı, hər bir insanın gündə 400-600 mq yəni 4 armudu stəkan yaşıl çay içilməsinin vacibliyini bildirir. 

Hər gün içilən bir stəkan qara çay zeyni qüvvətləndirir, 2-3 stəkanı isə qavrama qabiliyyətini artırır. 

Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət edilməlidir. 

 

Zərərləri

Soyuqdan qorunmaq üçün içilən zamansız və çox miqdarda çay qaraciyərə zərər vura bilər.
  
Həmçinin həddən artıq içildikdə qarın ağrısı, mədə yanması, rüflünün artması və qəbizlik kimi problemlərə səbəb olur. Tərkibində olan bol miqdarda kofein səbəbindən təlaş hissini və stressi artıraraq insanı aqressivləşdirir. 

Gündəlik içilən çay su hesab edilə bilməz, o sadəcə mayedir. İçdiyiniz hər bir stəkan çay ilə yanaşı 1 stəkan da su içməli olduğunuzu unutmayın.  

Çay dəmirin qana sovrulmasını azaldır. 

Yeməklə birlikdə qəbul edilən çay orqanizmdə dəmirin azalmasına gətirib çıxara bilər. Bunun səbəbi isə onun tərkibində olan tanen maddələrinin qidadan alınan dəmirin qana sovrulmasının qarşısını almasıdır. Yumurta yeyərkən çay içmək əvəzinə təzə meyvə-tərəvəz istifadə etmək daha yaxşı olardı.
 
Onu da nəzərdə saxlayın ki, çayı yeməkdən yalnız 2 saat sonra qəbul etmək lazımdır. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol