Macarıstanda təhsil almaq hüququ qazandılar

15:59 04-07-2022 | icon 415 | Təhsil
Macarıstanda təhsil almaq hüququ qazandılar

2022-2023-cü tədris ili üzrə 149 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

 

Versus.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın və seçim barədə Macarıstan tərəfindən verilən yekun qərarın nəticəsi olaraq 8 nəfər PhD (istənilən maraq dairəsində), 130 nəfər magistratura, 11 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.

Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

 

Təqaüdə layiq görülən tələbələr əsasən Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Budapeşt Kornivus Universiteti, Eötvös Lorand Universiteti, Debretsen Universiteti, Budapeşt Biznes Məktəbi – Tətbiqi Elmlər Universiteti və digər ali məktəblərdə təhsil almaq hüququ qazanıblar.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi