Yılmaz Özdil – QADIN (IV)

19:58 21-11-2017 | icon 868 | Ədəbiyyat
Yılmaz Özdil – QADIN (IV)

Begüm

/Tərcümə: Rüfanə Günəş/

Artıq mentalitetə çevrilib. Hər toyda birini öldürürlər. Bəyi öldürən qonaq da var. Qonağı öldürən bəy də. Gəlini vuran öküz də ortaya çıxdı.

Təyyarəni vurdular, təyyarəni. Patriot deyildi, maganda[1] silahı idi.
Cümə günü saat 22.30 radələrində İstanbuldan Trabzona uçan şəxsi şirkətlərdən birinə aid təyyarə, enişə keçdiyi vaxt aşağıdakı toydan atılan fişəngə görə düşmə təhlükəsindən qurtuldu. Bu gedişlə, evlənmək istədiyi zaman gəmi batıran maganda da görəcəyik. Nə də olsa kimsə “dur” demir.
Son dəfə də Begümü vurdular. Hələ 23 yaşında idi. Qalatasaray Universitetində dördüncü kurs tələbəsi idi. Gələn il Sorbon Universitetinə getməyə haqq qazanmışdı. Qohumunun xınasına getdi. Nağıllardaki şahzadələr kimi gözəl idi. 9 mm kürəyindən girib dişlərinin arasından çıxdı.
Türkiyədə 2 milyon sənədli, 5 milyon sənədsiz silah var. Yəni 10 nəfərdən birinin belində, hər 4 evdən birində silah var.
Dəhşətli müqayisə… İraq müharibəsi başlayandan bu vaxta qədər yəni 2.5 ildə neçə Amerikalı öldü? 1877… türkiyədə sadəcə son 2.5 ildə neçə nəfər maganda qurbanı oldu? 2150.

Biri müharibə edir, 1877 ölü.
O birisi evlənir, 2150 ölü.
Sonra da deyirlər ki, savaşma seviş!

Begüm Qartal

Begümü öldürən maganda tutuldu, tapanca tapıldı, hər şey gün kimi ortada idi, 16 il həbs cəzası verildi, Ali məhkəmə cəzanın az olduğunu dedi, qərarı ləğv etdi.Yerli məhkəməyə göndərdilər. Cəza 22 ilə yüksəldildi. Ali məhkəmə təsdiqlədi. Amma bu arada beş illik həbs müddəti tamamlanmışdı, maganda azadlığa çıxmışdı. Qeybə çəkildi. Üç il gizləndi. Ama polis bu işdən əl çəkmədi. Üç il sonra tutuldu. Orta statistik nəticələrə görə Türkiyədə hər il 100 nəfər magandanın qurbanı olur. Buna baxmayaraq hələ də sağa-sola atəş etdənlərlə bağlı ciddi bir qanun qüvvəyə minmir. “Tapanca lobbisi” belə bir qanunun qəbul edilməsini əngəlləyir. Maganda lobbisini tapanca lobbisi qoruyur.

[1] Geyimi yerində olsa da, görməmiş, kobud şəxslərə deyilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı