Kəskin hava şəraitində sərnişinlərin və...

13:16 16-01-2019 | icon 393 | Gündəm
Kəskin hava şəraitində sərnişinlərin və...

 

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Versus.Az xəbər verir ki, sərt hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin göstərişinə əsasən, tədbirlər proqramı hazırlanıb.

 

QSC-dən bildiriblər ki, departamentlərdə, stansiya, təşkilat və müəssisələrdə, bütün sutkanı əhatə etməklə, məhsul işçilərdən ibarət növbətçilik təşkil edilib. Eyni zamanda "Fövqəladə Hallar Qatarı" MMC-nin bölmələrində, İnfrastruktur Departamentinin yol, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarında texnikalar hazırlıq vəziyyətinə gətirilir, stansiyalarda uzunmüddətli dayanmış hərəkət tərkiblərinin özbaşına hərəkətə gəlməməsi üçün onlar etibarlı şəkildə bərkidilir.

 

Kəskin hava şəraitində sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə, maşinistlərin daha sayıq olmaları üçün əlavə təlimlər keçirilib, müvafiq qaydada tapşırıqlar verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol