Yeni poçt markası buraxıldı

13:51 16-01-2019 | icon 444 | Mədəniyyət
Yeni poçt markası buraxıldı

 

"Azərmarka" MMC Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxıb.

 

Versus.Az-ın MMC-yə istinadən verdiyi məlumata görə, poçt markasının ölçüsü: 37x52 mm, tiraji isə 100 min nüsxə təşkil edir. Layihə rəssam Vüqar Əyyubova məxsusdur.

Şair Mikayıl Müşfiqə həsr olunan poçt markası "Bobruisk Integrated Printing House" çap evində işiq üzü görüb.

 

Mikayıl Müşfiq Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in redaktoru olub. Müşfiqin Azərbaycan poeziyasının inkişafında rolu danılmazdır. O, şeirlərində sevgi və gözəlliyi tərənnüm edir, sosial və mədəni məsələləri daim işiqlandırırdı. Hazırda Müşfiqin yaradıcılığına Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, ABŞ Konqres Kitabxanası, Belarus Milli Kitabxanası, Türkiyə Milli Kitabxanası, Estoniya Milli Kitabxanası kimi dünya kitabxanalarında rast gəlmək olar.

2018-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, 2008-ci ildə Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi münasibətilə də poçt markası dövriyyəyə buraxılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol