“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

13:57 16-01-2019 | icon 518 | Siyasət
“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

 

Razi Nurullayev: “Xeyli sayda müxalif qurum, siyasi birlik olsa da, nəticə sıfırdır”

 

 

“Prezidentin struktur islahatları ilə bağlı fərmanını yüksək dəyərləndirirəm”.

 

Bunu Versus.Az-a Prezident İlham Əliyevin sərəncamına əsasən aparılan kompleks islahatlarla bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib.

 

Partiya sədri sözügedən sərəncamda qətiyyət və birmənalılıq gördüyünü vurğulayıb:

 

“Əslində, Azərbaycan vətəndaşları hökumətin idarə edilməsində ciddi qətiyyətin və radikal qərarların tərəfindədir. Səbəb isə budur ki, xalqa xidmət etməli olan müəyyən vəzifəli şəxslər özləri üçün çalışıblar, nə dövləti, nə dövlət atributlarını, nə də dövlət adamlarını müdafiə etməyiblər. Başları xalqın cibinin soyulması hesabına özlərinə varidat yığmaq olub.

Biz siyasi partiya olaraq hər zaman həyacan təbili çalmışıq ki, dövlət aparatı şişib və dövlət büdcəsini səmərəsiz istifadə edən xeyli lazımsız qurumlar var”.

 

R.Nurullayev struktur islahatlarının daha da dərinləşəcəyinə, çevik bir idarəetmə qurumunun yaranacağına və bu qurumun eyni zamanda ölkədə siyasi islahatlar aparılmasına təkan verəcəyinə inanmaq istədiyini vurğulayıb:

 

“Bütün ölkə boyu - istər iqtidar olsun, istər müxalifət cəbhəsi - xaos vəziyyət hökm sürür. Xaos vəziyyət o qədər böyükdür ki, 10-larla sosial qurum, nazirliklər olmasına baxmayaraq, sosial problemlər günü-gündən çoxalır.

Ölkədə enerji ilə məşğul olan, bir-birini təkrarlayan qurumlar var, amma nəticə zəifdir. Hər bir vəzifəli şəxs özünə bank yaradıb, QHT-lər yaradıb, dövlət hesabına maliyyələşən xidmətlər və agentliklər yaradıb”.

 

AXCP sədri bildirib ki, eyni xaos müxalifət cərgəsində də hökm sürür:

 

“Xeyli sayda müxalif qurum, siyasi birlik var, amma nəticə sıfırdır. Çünki idarəçilikdə ciddi xaos hər yerə yayılıb və bunun əziyyətini xalq çəkir.

Biz AXCP olaraq ölkədə ciddi siyasi islahatların aparılmasında fayda görürük və buna çağırış edirik. Ciddi kadr islahatlarının aparılmasına, iqtidar-müxalifət münasibətlərinin normallaşmasına və işbirliyinə çağırış edirik”.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı