"Yanan vaflilər"lə bağlı RƏSMİ açıqlama

17:26 16-01-2019 | icon 431 | Gündəm
"Yanan vaflilər"lə bağlı RƏSMİ açıqlama

 

Qida Təhlükəsizliyi Agentliyi son günlər sosial şəbəkələrdə vaflinin yanmasını əks etdirən videolarla bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, vaflinin yanması onun təhlükəli qida olmasının göstəricisi deyil. Belə ki, vafli qidalı, yüкsək kalorili və asan həzm olunan çoхməsaməli, səthi şəbəkəli məmulatdır. Bəzəkli və içlikli vaflilərdə şokolad, qəhvə, meyvə-giləmeyvə yarımfabrikatları, qoz, badam, müхtəlif tamlı və ətirli maddələr istifadə edilir.

 

Vaflinin dad və quruluşuna təsir edən əsas komponentlərdən biri də yağdır: 

"Yağlar vafliyə yumuşaqlıq verməklə yanaşı, xəmirin məsaməliliyini artırır. Burada müxtəlif təsirlərə dözümlü qatı bitki yağlarından istifadə edilir. Yağ vaflinin tərkibində qluten və nişastanın birləşərək kütlə əmələ gətirməsinin qarşısını alaraq onu yumşaq və asan həzm olunan edir. Həm tərkibində yeyinti yağları olması, həm vafli təbəqələri hazırlanarkən bişirilmə qablarının yağlanması, eyni zamanda mövcud CH (karbohidrat) qruplarının havanın oksigeni ilə asanlıqla reaksiyaya girməsi vaflinin yanmasına səbəb olur".

 

Agentlikdən qeyd edilib ki, ümumiyyətlə qida məhsullarının tərkibində yağlar olduğundan onların yanması tamamilə təbii haldır:

 

"Məhsulun yanması onun təhlükəsizlik və ya keyfiyyət göstəricisi hesab oluna bilməz. Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyini yalnız laborator müayinələr və analizlər vasitəsi ilə müəyyənləşdirmək mümkündür".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı